Mark-Andre ter Ştegen "Barselona"dan ayrılmaq istəmir. Sport24.az xəbər verir ki, kataloniyalıların baş məşqçisi Hans-Diter Flik 33 yaşlı qolkiperə növbəti mövsümlə bağlı planlarında olmadığını bildirmişdi.
Müştərisinin fikrini dəyişəcəyi təqdirdə agenti müxtəlif variantlar üzərində işləsə də, Ter Stegen komandadan ayrılmaq istəmir. Ötən mövsüm alman qapıçı bütün yarışlarda 9 oyun keçirib və 11 qol buraxıb, 1 qolunu təmiz saxlayıb.
33 yaşlı qapıçının "Barselona" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, daha əvvəl "Borussiya"(Münhenqladbax) klubunda çıxış edib.