İngiltərənin "Liverpul" klubunun məşqçilər korpusunda yeni təyinat reallaşıb.
"Report" Liverpul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kolin Stüart qapıçılar üzrə məşqçi təyin olunub.
Şotlandiyalı mütəxəssis daha əvvəl ölkəsinin "Reyncers" klubunda çalışıb.
Qeyd edək ki, bundan əvvəl Niderland millisinin sabiq kapitanı Covanni van Bronkhorst da "qırmızılar"ın məşqçilər korpusuna cəlb edilib.