top
Rauf Allahverdiyev: AFFA bu qərarı Sabahın sifarişi ilə verib Idman.biz
15 iyul 2025, 16:58
- ↺ +

Rauf Allahverdiyev: AFFA bu qərarı "Sabah"ın sifarişi ilə verib

Azərbaycanlı hakim Rauf Allahverdiyev ömürlük futboldan uzaqlaşdırılıb. Səbəb kimi referinin ötən mövsüm Azərbaycan Kubokunda yarımfinal mərhələsinin aprelin 2-də keçirilmiş "Neftçi" – "Sabah" görüşündə ciddi səhvə yol verməsi göstərilir.

İdman.biz xəbər verir ki, Allahverdiyev cəzalandırılmasının təfərrüatları və məsələnin kökündə nələrin dayandığı ilə bağlı Teleqraf-a sensasiyalı müsahibə verib:

- Mətbuatda sizin hakimlikdən uzaqlaşdırılmağınız barədə məlumatlar var. Nə baş verib?

- Hazırda mənə rəsmi məlumat verilməyib. Amma AFFA Hakimlər Departamentindən zəng gəldi ki, hakimlikdən uzaqlaşdırılmısan. Nə komitə sədri, nə rəsmi nümayəndə səbəb demədi. Sadəcə, bildirildi ki, AFFA-dan belə bir qərar verilib. Kim qərar verib? Onu da bilmirəm. Hakimlikdən uzaqlaşdırmışam, amma səbəbi naməlumdur.

- Azərbaycan Kubokunun yarımfinalının ilk matçında "Neftçi"nin müdafiəçisi Yuri Matiasın "Sabah"ın hücumçusu Coy-Lens Mikelsə cərimə meydançasındakı müdaxiləsi ciddi müzakirələrə səbəb olmuşdu...

- May ayında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayevlə görüşüm oldu. Onlar məndən epizodun necə baş verdiyini soruşdular və mən də izah etdim. Bütün dünyada da hakimlər səhv edə bilər, hər kəsdə ola bilər. Həmin oyunda "Sabah"ın əleyhinə qərar verdik, halbuki "Neftçi" uduzmuşdu. Baş katib mənə dedi ki, əlimizdə sübut yoxdur, amma düşünürük ki, sən qərəzli olmusan. Sonra mənə AFFA-dan zəng gəldi ki, sən hakimlikdən uzaqlaşdırılmısan. Yəqin ki, səbəb odur.

- Cəza yalnız Premyer Liqa oyunlarına aiddir, yoxsa ümumiyyətlə hakimlik edə bilməzsiniz?

- Ümumiyyətlə, hakimlik fəaliyyətimə xitam verilib. Bu qərardan sonra baş katiblə görüşmək istədim, məni qəbul etmədi. Bir səhvə görə hamını hakimlikdən uzaqlaşdırsalar, onda Azərbaycanda hakim qalmaz. AFFA-nın rəsmi saytına baxarkən görürsünüz ki, nə qədər az sayda hakim var. Bu hadisədən sonra hansı gənc kadr gəlib işləyəcək?!

- Həmin epizodda nə baş verdi ki, VAR o epizodu düzgün qiymətləndirə bilmədi?

- Həmin vaxt mənim qarşımda 5-6 rakurs vardı, hamısını incələdim. Düşündüm ki, ayaq tapdamaq tam deyil. Oyun başlayandan sonra o epiozoda qayıtmağımız da düzgün sayılmır. FIFA buna icazə vermir. Orada belə söz işlətdim ki, penalti idi, səhv edib verməmişəm. Olayı izah etdim ki, yanılmışam. Öz səhvimi başa düşdüm, yanımdakılara da izah etdim. Yəni, hamı yanıla bilər.

- Siz AFFA-nın maaşlı işçisisiniz?

- Bəli. Hazırda mənə dedilər ki, son bir ayın maaşını da almayacaqsan. İyulun 1-dən qərar verilsə də, mənə o zaman heç bir məlumat verilməyib. İyulun 14-də xəbər gəlib ki, səni işindən uzaqlaşdırmışıq.

- Sizdən əlavə, oyunda köməkçiləriniz və baş hakim Əliyar Ağayev vardı. Demədilərmi, necə olur ki, heç kim həmin epizodu düzgün dəyərləndirə bilmədi?

- Mən də onu fikirləşirəm. Elədirsə, altı hakimin hamısına oyun verilməsin. Beş nəfərə oyun verilib birini hakimlikdən uzaqlaşdırmaq hansı əsasa söykənir? Faktiki olaraq qərəzli qərardır.

- Sizinlə yanaşı, VAR-da olan Kamran Bayramova hanısa cəza verildimi?

- Xeyr. Baş katib məndən soruşdu ki, sənin köməkçilərin necə sənə köməklik göstərməyib? Bildirdim ki, onlar köməklik edib, amma mən öz qərarımda qaldım, dəyişiklik etmədim.

- Həmin qərarın formalaşmasında baş hakim Əliyar Ağayevin rolu oldu?

- Yox, heç bir rolu olmadı. Birbaşa özüm qərar qəbul etdim. Dediyim kimi, futbolçunun ayağının tam şəkildə tapdanmasını görmədim. Görsəydim, yəqin ki, ona uyğun qərar verərdim. Yəni, başqa oyunlarda da belə epiozdlar olub. Bəzən qərar verməkdə çətinlik çəkmişik ki, penalti verək, ya verməyək. Həmin məqamda da penalti olduğu halda, görməmişəm və səhv qərar vermişəm. Bunun cəzası nədirsə, onu çəkməyə hazıram. Lakin birdən-birə məni hakimlikdən uzaqlaşdıra bilməzlər. Dünyanın heç bir yerində belə şey yoxdur.

- Onlar sizi qərəzli olmaqda ittiham ediblər. Bəs özünüz düşünmürsünüzmü ki, bu, sizə qarşı sifarişli qərardır?

- Əlbəttə, hamı görür ki, bu sifarişli qərardır. "Sabah"ın oyununda baş verib, digər komandalara qarşı oyunlarda belə şey olmayıb. Məsələn, məndən əvvəl "Sumqayıt" - "Sabah" oyununda baş hakim Əliyar Ağayev, VAR-da isə Rəşad Əhmədov idi. "Sumqayıt"ın xeyrinə penalti idi, verilmədi. Yaxşı, qərəz idirsə onda da olardı da...

- Özünüz də hiss edirsinizmi ki, "Sabah" klubunun AFFA üzərində təsiri daha çoxdur?

- Bəli. Hakimlər Komitəsi üzərində birbaşa təsiri var. Bunu bu qərarda da görmək olur.

- AFFA Hakimlər Komitəsi də özbaşına deyil axı, rəhbəri Frank De Blekerdir...

- Belə çıxır, onun da sözü keçmir. Mən belə başa düşürəm. Təsəvvür edin, məni çıxarırlar, mənə nə komitə sədri, nə də Ömər Paşayev email vasitəsilə nə isə bildirir. Sadəcə yazı-pozu işinə baxan komitənin bir işçisi deyir ki, Rauf Allahverdiyevi hakimlikdən uzaqlaşdırılır. O, hakimlikdən çıxarılan olanda heç bir rol oynamayan bir insandır. Normal qaydada Hakimlər Komitəsinin sədri məlumat verir, email atır və səbəbini bildirir.

- Düşünmürsünüzmü ki, hadisələr əvvəldən buna uyğun cərəyan edirdi və kubokun finalına da "Sabah"ın istədiyi hakim çağrılmışdı...

- İnanın ki, orada da mübahisəli epizodların olduğunu gördüm. "Sabah"ın futbolçusunun əllə topa toxunuşu var idi, fikir verilmədi, ofsayd oldu, verilmədi. Toral Bayramovun ayağının tapdanması epizodu vardı, keçdilər. Bunlar da faktiki səhv ediblər. O zaman bunlar da qərəzdir? Biz belə fikirləşiriksə, bütün hakimləri uzaqlaşdıraq.

- Sizdən əlavə cəzalanan hakim varmı?

- Yox. Cəzalanan olur, yəni bir-iki oyun təyinat verilmir. Mənə isə Hakimlər Komitəsinin sədri tərəfindən bildirilib ki, performansın yaxşıdır, bütün qiymətlərim də qənaətbəxşdir.

- "Neftçi" – "Sabah" oyunundan sonra baş məşqçi Vasili Berezutski də sizdən narazılıq etdi, hətta mətbuat konfransında jurnalistlərin də sualını gözləmədən getdi. Belə deyildi ki, "Sabah" klubunun prezidenti Maqsud Adıgözəlov oyundan sonra hakimlər otağına enib...

- Yox, elə şey olmayıb. Yalan deyə bilmərəm. Maqsud müəllimi görməmişik, heç o mövzuda dialoqumuz da olmayıb. Yəqin ki, özləri etirazlarını komitəyə bildiriblər.

- Hakimlərdən baş məşqçilər də şikayətlər edir. Özünüz bu hallarla qarşılaşmamısınız?

- Narazılıq edə bilərlər. Şikayət yarandıqda Hakimlər Komitəsinə bildilir və onlar da öz qərarını verir. Bu halda bir-iki həftə cəza verə, oyunlara göndərməyə bilərlər. Amma bunlar qərar verirlər ki, hakimlik etmə. Belə şey harada görünüb?!

- Ötən mövsüm bir-iki oyunluq cəzanız olmayıb?

- Bu vaxta qədər heç bir cəzam olmayıb. Rəhbərlik də razı qalıb, bütün oyunları yaxşı idarə etmişəm. Sadəcə, bir səhvimə görə mənə qarşı belə ağır qərar veriblər. Məni yandıran odur.

- Baş hakim kimi də az oyunlarda olmusuniz, daha çox sizi VAR-da görmüşük...

- Baş hakim olaraq mövsüm ərzində dörd dəfə oyun idarə etmişəm. Məndə VAR yaxşı idi deyə, Komitə tərəfindən bildirildi ki, sənin performansın yaxşıdır və bizə VAR hakimi lazımdır. Məni FIFA-ya da göndərmək fikirləri vardı, gəldi belə şey oldu.

- Belə fikirləşirsinizmi ki, bu qərar "Sabah" klubunun sifarişi ilə verilib?

- Başqa şey deyil, yüzdə-yüz belədir. Bu dəqiqə hakimliklə məşğul olan hər kəsin oyunlarda səhvi olur. Buna görə hakimlikdən uzaqlaşdırılırsa, onda bütün referiləri göndərsinlər. Niyə yola salmırlar?

- Bildirdiniz ki, uzun illərdir hakimliklə məşğulsunuz. Belə çıxır, kifayət qədər təcrübəniz var...

- 32 yaşındayam və 17 yaşımdan hakimliklə məşğulam. 2020-ci ildən isə Premyer Liqa oyunlarını idarə edirəm. 2023/2024 mövsümünün Azərbaycan Kubokunun "Qarabağ" - "Zirə" finalında VAR hakimi olmuşam. Gələcəyim qabaqdadır, sadəcə, belə şeylərlə imkan vermirlər. Evdə 2 uşağım var, bəs onlara kim baxacaq? Bu qədər əziyyət çəkmişəm, illərimi bura həsr etmişəm.

- "Sabah"ın qəzəbinə tuş gəldiniz və bu qədər əziyyətiniz puç oldu...

- Nə deyim... Düşünürəm ki, bir komanda AFFA-ya, digər komandalara, mətbuata bu qədər təsir göstərməməlidir. Güc önəmlidir, amma ağıl daha vacibdir. Gücün ola bilər, amma ağlın hər şeydən önəmli olmalıdır. "Sabah"ın kimlərəsə gücləri çatır. Amma belə qərar verərkən bir az da ağıl-məntiq işlətmək yaxşı olar. Gücləri var, amma ağılları çox zəifdir.

- AFFA-nın qərarından birbaşa FIFA-ya şikayət edəcəksiniz?

- Mənə email göndərsinlər, yəqin ki, onları məhkəməyə verəcəyəm. Əsas göstərsinlər ki, hansı səbəbə görə məni ömürlük hakimlikdən uzaqlaşdırıblar. İndiki halda əlimdə sübut yoxdur. Mənə rəsmi qaydada məlumat verilməyib. UEFA baxmasa, FIFA-ya göndərəcəyəm. FIFA ölkələrə bildirir ki, hakimliyi inkişaf etdirin. Bizdə isə belə şeylər edirlər. Bu cür addımlarla gənc hakimlərin qarşısını kəsirlər.

- Hazırda vəkil tutmusunuz?

- Gözləyirəm ki, qərar rəsmi şəkildə mənə gəlsin. Ona uyğun olaraq vəkil tutacağam və işimə başlayacağam.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Oxşar xəbərlər