"Neftçi" növbəti keçidini rəsmiləşdirib.
Klubdan "Report"a verilən məlumata görə, "ağ-qaralar" Venesuela millisinin yarımmüdafiəçisi Freddi Varqasla anlaşıb.
26 yaşlı futbolçu İsrailin "Makkabi" (Netanya) klubundan 1 il müddətinə icarəyə götürülüb.
Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır. O, Venesuela milli komandasında 3 oyun keçirib.