Qana millisinin baş məşqçisi Karluş Keyroş Qana Futbol Assosiasiyası ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Keyroş zü də bu barədə mətbuata açıqlama verib və bildirib ki, öz istəyi ilə Afrika təmsilçisindən ayrılıb.
Qeyd edək ki, Karlos üç ay ərzində ikinci dəfə Qana yığmasının baş məşqçisi postundan ayrılır. O, ilk dəfə "qara ulduzlar"ın "sükanı arxasına" apreldə keçmişdi. İyulda komandadan ayrılan mütəxəssis sentyabrda yenidən baş məşqçi vəzifəsinə təyin olunmuşdu.