PSJ-nin iki oyunçusu – müdafiəçi Markinyos və hücumçu Usman Dembele bud nahiyəsindəki zədələr səbəbindən bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaqlar. Sport24.az xəbər verir ki, bu barədə "Get Football News France" məlumat yayıb.
Hər iki futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda "Barselona"ya qarşı oyunda (4:2) zədələnib.
Paris klubu həmin matçda çarpaz bağlarının qopmas səbəbindən Xviça Kvaratsxeliyanı da itirib. Futbolçu yaxın günlərdə əməliyyat olunacaq.
Qeyd edək ki, Markinyos bu mövsüm 8 oyunda meydana çıxıb və 3 qol vurub. Dembele isə 10 matçda iştirak edərək, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.