Braziliya prezidenti Luiz İnasiu Lula da Silva futbol üzrə milli komandanın baş məşqçisi Karlo Ançelottiyə istehzalı müraciət edib.
İdman.Biz xəbər verir ki, dövlət başçısı San-Pauludakı Maua Texnologiya İnstitutuna səfəri zamanı tələbələr tərəfindən hazırlanan robotlardan birini Braziliya millisində oynatmağı təklif edib.
"Bu gənc çox aqressiv robot hazırlayıb. Mbappeyə və ya Erlinq Holanda bənzəyir. Ançelottiyə dedim ki, istəsə, bu robotla müqavilə imzalasın. O, Braziliyaya Dünya Çempionatını qazandıra bilər", - deyə Lula bildirib.
Qeyd edək ki, Braziliya DÇ-2026-nın 1/8 finalında Norveçə uduzaraq mübarizəni dayandırıb. Bu nəticədən sonra Ançelottiyə qarşı tənqidlər artsa da, onun Braziliya Futbol Konfederasiyası ilə müqaviləsi 2030-cu il Dünya Çempionatının sonuna qədər nəzərdə tutulub.