top
Premyer Liqasının tarixini dəyişdirən 10 ən böyük transfer Lent.az
03 sentyabr 2026, 13:09
- ↺ +

Premyer Liqasının tarixini dəyişdirən 10 ən böyük transfer

İngiltərə Premyer Liqasında bəzi futbolçuların transferi yalnız klubların deyil, bütövlükdə çempionatın gələcəyini dəyişib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa tarixinin ən böyük təsirə malik 10 transferinin reytinqi hazırlanıb.

Siyahıda "Çelsi"nin əfsanəvi qapıçısı Petr Çex onuncu yeri tutub. London klubu onu 2004-cü ildə "Renn"dən 7 milyon funt-sterlinqə alıb. Çex ilk mövsümündə cəmi 15 qol buraxıb və 24 oyunda qapısını toxunulmaz saxlayıb.

Doqquzuncu pillədə 1992-ci ildə "Sauthempton"dan "Blekbern"ə keçən Alan Şirer qərarlaşıb. O, 1994/95 mövsümündə 34 qol vuraraq komandasının çempionluğunda əsas rol oynayıb.

Sonrakı yerləri Karlos Teves, Robinyo, Vircil van Deyk, Robin van Persi və Sol Kempbell tutublar. Teves "Vest Hem"i Premyer Liqada saxlamağa kömək edib, Robinyo isə "Mançester Siti"nin yeni və iddialı dövrünün ilk böyük transferinə çevrilib. Van Deykin gəlişindən sonra "Liverpul" müdafiəsini gücləndirib, Çempionlar Liqasının və Premyer Liqanın qalibi olub.

İlk üçlükdə N"Qolo Kante, Serxio Aquero və Erik Kantona yer alıb. Kante "Lester"in sensasiyalı çempionluğunun əsas simalarından biri olub. Aquero "Mançester Siti"yə 44 ildən sonra İngiltərə çempionluğunu qazandıran tarixi qola imza atıb.

Reytinqin birinci pilləsində isə Erik Kantona qərarlaşıb. "Mançester Yunayted" onu 1992-ci ildə "Lids"dən 1,6 milyon funt-sterlinqə transfer edib. Fransalı hücumçu klubun 26 illik çempionluq həsrətinə son qoymasına kömək edib və beş il ərzində dörd dəfə Premyer Liqanın qalibi olub.

Tam siyahı:

1. Erik Kantona – "Lids"dən "Mançester Yunayted"ə

2. Serxio Aquero – "Atletiko Madrid"dən "Mançester Siti"yə

3. N"Qolo Kante – "Kan"dan "Lester"ə

4. Sol Kempbell – "Tottenhem"dən "Arsenal"a

5. Robin van Persi – "Arsenal"dan "Mançester Yunayted"ə

6. Vircil van Deyk – "Sauthempton"dan "Liverpul"a

7. Robinyo – "Real Madrid"dən "Mançester Siti"yə

8. Karlos Teves – "Korintians"dan "Vest Hem"ə

9. Alan Şirer – "Sauthempton"dan "Blekbern"ə

10. Petr Çex – "Renn"dən "Çelsi"yə.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Bu gün, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Bu gün, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Bu gün, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Bu gün, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Bu gün, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Digər
Bu gün, 18:51

Özbəkistan idmanının yüksəlişinin sirri - Dünya çempionatı, Olimpiya qızılları və şahmat tacı

Güləş
Bu gün, 18:50

Sumqayıt güləşçiləri U-15 yaş qrupunda Gəncə Kubokunu qazandı

Futbol
Bu gün, 18:41

“Mançester Yunayted”in Karrikin vəzifədə qalmasının əsas səbəbləri ortaya çıxdı

Oxşar xəbərlər