Azərbaycanlı futbolçu Nurlan Novruzov məşqçi kimi fəaliyyətə başlayıb.
Oxu.Az xəbər verir ki, hazırda II Liqada çıxış edən "Zəngəzur"un 33 yaşlı hücumçusu "Neftçi"nin U-12 komandasına məşqçi təyin olunub.
N.Novruzov karyerası ərzində "Sumqayıt", "Bakı", "Zirə" və "Səbail" komandalarında çıxış edib. Legioner kimi Moldova, Estoniya, Nepal və Litva klublarının formasını geyinib.
O, 2014/2015 mövsümündə "Bakı"nın heyətində Azərbaycan Premyer Liqasının ən məhsuldar futbolçusu olub.