Portuqaliyalı Karlos Keyruş yenidən Qana millisinin baş məşqçisi olub. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
73 yaşlı mütəxəssis DÇ-2026-nın 1/32 mərhələsində Qana yığmasının Kolumbiyaya 0-1 hesabı ilə məğlubiyyətindən sonra postundan ayrılmışdı.
Keyruş məşqçi karyerası ərzində Portuqaliya, İran, Kolumbiya, Misir, Qətər, Oman və Qanaya millilərini çalışdırıb.
Qeydedək ki, onun rəhbərliyi altında İran millisi 2019-cu il Asiya Kubokunda üçüncü yeri, Misir isə 2021-ci il Afrika Millətlər Kubokunda ikinci yeri tutub.