top
Peritan Bozdağ: Macarıstan matçı üçün motivasiyamız yüksəkdir, qrupda birinci olmağı hədəfləyirik Report.az
06 mart 2026, 17:00
- ↺ +

Peritan Bozdağ: Macarıstan matçı üçün motivasiyamız yüksəkdir, qrupda birinci olmağı hədəfləyirik

Azərbaycanın qadınlardan ibarət millisi DÇ-2027-nin seçmə mərhələsində C Liqasının 3-cü qrupunda sabah Macarıstana qarşı baş tutacaq matçdan öncə daha çox taktiki gedişlər üzərində işləyib.

Bunu "Report"a açıqlamasında yığmanın futbolçusu Peritan Bozdağ deyib.

O, oyuna yüksək səviyyədə hazırlaşdığını qeyd edib:

"Oyuna çox yaxşı hazırlaşmışıq, komanda olaraq motivasiyamız yüksəkdir. Məşqlərdə daha çox taktiki gedişlər üzərində işləmişik. Baş məşqçimizin hər matçda olduğu kimi, bu oyun üçün də bizdən taktiki istəkləri var. Nəticədə güclü rəqibə qarşı mübarizə aparacağıq".

P.Bozdağ rəqib komandanın güclü tərəflərindən danışaraq, bunun onlara əlavə stimul verdiyini vurğulayıb:

"Macarıstan yaxşı oyunçulardan təşkil olunmuş güclü komandadır. Lakin bu bizi ruhdan salmır. Bizim də üstün cəhətlərimiz və keyfiyyətli futbolçularımız var. Rəqibin güclü olması bizi daha çox motivasiya edir. Hazırda hazırlıq prosesini çox səmərəli dəyərləndiririk".

Təzyiq amilinə toxunan futbolçu qeyd edib ki, stress komanda daxilində kollektiv şəkildə hiss olunur:

"Hər bir işdə olduğu kimi, futbolun da stress səviyyəsi yüksəkdir. Meydana çıxan və ya ehtiyatda qalan oyunçu fərqi qoymadan, bu gərginliyi bütün komanda olaraq yaşayırıq. Bu, işimizin bir parçasıdır".

O, seçmə mərhələdəki əsas hədəflərini açıqlayıb:

"Hədəfimiz qrupdan birinci yerlə çıxmaq və liderliyi ələ keçirməkdir. Biz hər oyuna ayrı-ayrılıqda yanaşırıq. Hazırda tamamilə Macarıstanla görüşə fokuslanmışıq, digər matçlar barədə düşünmək üçün vaxtımız olacaq".

Qeyd edək ki, Macarıstan - Azərbaycan matçı sabah, Bakı vaxtı ilə saat 17:30-da Felksutdakı "Panço Arena"da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Oxşar xəbərlər