Azərbaycan millisinin üzvü Ozan Can Kökçü karyerarsını Türkiyədə davam etdirəcək. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi "Vanspor" ilə anlaşıb.
27 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ozan Can Kökçü son olaraq Niderland təmsilçisi "Volendam"ın şərəfini qoruyub. "Vanspor" isə Türkiyə I Liqasında mübarizə aparır.