Opta Analitik 2026/27 Çempionlar Liqası mövsümünün favoritlərinin siyahısını yeniləyib. Sport24.az xəbər verir ki, superkompüter London "Arsenal"ının turniri qazanmaq şansı 21,2 faizlə əsas iddiaçı hesab edib.
Siyahıda ikinci yerdə 19,9 faizlə "Bavariya" qərarlaşıb. "Mançester Siti" isə 12 faizlə ilk "üçlüy"ü tamamlayır.
PSJ 7,7 və "Barselona" 7 faizlə müvafiq olaraq dördüncü və beşinci yerləri tutur.
Qeyd edək ki, Çempionlar Liqasının son qalibi həlledici görüşdə "Arsenal"ı məğlub edən PSJ olub.