"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali "Mançester Yunayted" tərəfindən bu yay klubdan ayrılacağı gözlənilən Kazemironun əvəzedicisi kimi nəzərdən keçirilir. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, italyan yarımmüdafiəçi "qırmızı şeytanlar"ın əsas transfer hədəfləri arasındadır. Tonalidən başqa, "Yunayted" "Nottingem Forest"dən Elliot Anderson və "Kristal Pelas"dan Adam Uortonla da maraqlanır.
"Nyukasl"ın Tonali üçün qarşı tərəfdən 100 milyon funt sterlinq istədiyi bildirilir.
Qeyd edək ki, Kazemiro bu yaxınlarda cari mövsümün sonunda "Mançester Yunayted"dən ayrılacağını açıqlayıb.