top
Nigar Mirzəliyeva: Andorra ilə oyun bizim üçün çox önəmli idi Idman.biz
16 aprel 2026, 18:04
- ↺ +

Nigar Mirzəliyeva: Andorra ilə oyun bizim üçün çox önəmli idi

Dünya çempionatının seçmə mərhələsində Andorra üzərində qazanılan qələbə Azərbaycanın qadın futbolçulardan ibarət millisi üçün çox əhəmiyyətli olub.

Bunu yığmanın üzvü Nigar Mirzəliyeva deyib.

Müdafiəçi Andorranı 3:1 hesabı ilə məğlub etdikləri matçı dəyərləndirib.

"Andorra ilə oyun bizim üçün çox önəmli idi. Görüşə ciddi hazırlaşmışdıq. Bir az çətin oyun oldu. Rəqibi təhlil etmişdik, lakin təəssüf ki, bir səhvə yol verdik və qol buraxdıq. Amma komanda olaraq oyundan qopmadıq, daha yaxşı çıxış edərək 3 qol vurduq və qalib gəldik. Bir az həyəcan var idi və məhz bu, bizi səhvə məcbur etdi", - deyə o, report.az-a açıqlamasında söyləyib.

N.Mirzəliyeva baş məşqçi Siyasət Əsgərovun tapşırıqlarının qələbədəki rolunu vurğulayıb:

"Siyasət müəllim dedi ki, hücuma tələsməyin. Çünki biz qol vurmağa tələsirdik və bu səbəbdən hücumlarımız alınmırdı. O bildirdi ki, planımız nədirsə, nə işləmişiksə, onu da tələsmədən yerinə yetirək. Biz də məşqçinin dediklərini etdik və nəticədə 3 qol vuraraq qalib gəldik".

Almaniyanın "Hamburq" klubunda legioner həyatı yaşayan 23 yaşlı futbolçu Macarıstana 0:1 hesabı ilə məğlub olduqları ilk oyunu xatırlayaraq qrupdakı məqsədlərindən danışıb:

"Düşünürəm ki, Macarıstanla oyunda hesabı qoruya bilərdik. Yenə də hücuma tələsdik və öz səhvimizdən qol buraxdıq. Amma növbəti oyunlarda qələbənin bizimlə olacağına inanıram. Məqsədimiz qrup səddini keçməkdir və bunun üçün komanda olaraq bütün oyunlara ciddi hazırlaşırıq. Artıq rəqibi tanıyırıq, necə komanda olduğunu bilirik. Yenə də çətin olacaq, lakin biz səhvləri təhlil edib daha yaxşı hazırlaşacağıq".

Aprelin 18-də keçiriləcək oyunun əhəmiyyətinə toxunan müdafiəçi şansları dəyərləndirib:

"Bizim üçün əsas aprelin 18-dəki oyundur. İlk olaraq Andorraya köklənmişik və inşallah, həmin oyunda maksimum xal qazanmaq istəyirik. Macarıstanla ev matçına gəldikdə, bilirik ki, həmin görüşdə 3 xal qazansaq, qrupu birinci yerdə bitirə bilərik. Ona görə də həmin oyuna maksimum motivasiya ilə çıxacağıq".

Qeyd edək ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu Azərbaycan millisi aprelin 18-də Masazırdakı "Bank Respublika Arena"da Andorra ilə münasibətləri aydınlaşdıracaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:30

Rafael van der Vaart 'Qızıl top' favoritini Mbappe kimi seçdi

Futbol
Bu gün, 11:12

Barselona, Bavariya və Çelsi "Brayton"un müdafiəçisi Luka Vuşkoviçin transferinə maraqlıdır

Futbol
Bu gün, 11:00

Leqbo: 3-2 qələbəsində oyundan qopmadıq

Digər
Bu gün, 10:48

U-14 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku başlayıb - VİDEO

Digər
Bu gün, 10:30

"Çelsi" və "Arsenal"ın keçmiş futbolçusu iki ilə qədər futboldan uzaqlaşdırıla bilər

Futbol
Bu gün, 10:00

Dileyn Açimi, Gəncəbasarın 12 qolu ilə üç Premier Liqası klubu tərəfindən maraqlanır

Digər
Bu gün, 09:50

Veteran cüdoçularımız Avropa çempionatında daha iki medal qazanıblar - FOTO

Qarabağ FK
Bu gün, 09:47

“Qarabağ” UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq

Digər
Bu gün, 09:40

"Xetafe" Ceydon Sançoya "Mançester Yunayted" də aldğından 25 dəfə az maaş təklif edib

Digər
Bu gün, 09:31

Holand “Real Madrid” və “Barselona”ya xüsusi şərt irəli sürəcək

Digər
Bu gün, 09:25

Futbola baxmaq üçün arvadını zirzəmiyə saldı

Digər
Bu gün, 08:43

“Barselona” ilə adı hallanan Fabreqas gələcəyi ilə bağlı qərarını açıqladı

Digər
Bu gün, 08:40

Məşqdə huşunu itirən Vensan Kompani helikopterlə xəstəxanaya götürüldü

Futbol
Bu gün, 08:20

Şəfa, Kəpəz ilə SOCAR Polymer Arena’da qarşılaşır

Futbol
Bu gün, 08:16

PSJ Kvaratsxeliyanı əvəzləmək üçün Atletico-dan Niko Uilyamsa baxır

Futbol
Bu gün, 08:00

Kriştiano Ronaldu dünyanın ən çox qazanan futbolçusu olub

Futbol
Bu gün, 07:39

Çelsi, 100 milyon avrodan artıq təkliflə Fermin Lopesu Barselona'dan almağa çalışır

Digər
Bu gün, 07:14

“Liverpul” 19 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır

Digər
Bu gün, 06:37

Telyo: “Mbappe böyük futbolçudur, amma ən yaxşısı Lamin Yamaldır”

Futbol
Bu gün, 06:08

Real Madrid baş məşqçisi Mourinyonun oyunçularla münasibətləri yaxşılaşdırma təşəbbüsü

Futbol
Bu gün, 05:11

“Flamengo”da çıxış edən keçmiş “Chelsea” və “Arsenal” futbolçısı dopinq ittihamı ilə üzləşib – uzun müddətli diskvalifikasiya riski

Futbol
Bu gün, 04:15

Xabi Alonso “Çelsi”nin müdafiə və hücumunda irəliləyiş olduğunu açıqladı

Futbol
Bu gün, 03:01

Bakıda keçirilən FIFA U-15 çempionatı Avropa klublarının skautları üçün yeni istedad axtarışı məkanıdır

Cüdo
Bu gün, 02:23

Nazim Sadıxov New Yorkda “THE KAGE: Chapter 01” şousunda şərhçi və çempionluq kəmərini təqdim edən kimi çıxış edəcək

Oxşar xəbərlər