Misli Premyer Liqasının 13-cü turunda üz-üzə gələcək "Neftçi" və "Zirə" matça itkilərlə çıxacaq.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın heyətində Murad Xaçayev zədəli olduğu üçün meydana çıxa bilməyəcək. "Zirə"də isə İssa Cibrilla, Anze Mutsinzi, Ktatau və Bayer Lue bu oyunda çıxış etməyəcək.
"Neftçi" - "Zirə" matçı bu gün "Palms Sports Arena"da keçiriləcək və görüşə saat 19:00-da start veriləcək.