top
“Neftçi” və “Qarabağ” azarkeşlərini qaydalara riayət etməyə çağırıblar - BİRGƏ BƏYANAT Idman.biz
25 aprel 2026, 16:41
- +

“Neftçi” və “Qarabağ” azarkeşlərini qaydalara riayət etməyə çağırıblar - BİRGƏ BƏYANAT

Aprelin 26-sı və 30-da Azərbaycan Premyer Liqası çərçivəsində üz-üzə gələcək "Neftçi" və "Qarabağ" klubları birgə bəyanat yayıblar.

İdman.Biz xəbər verir ki, bəyanatda hər iki komandanın azarkeşlərinə müraciət ünvanlanıb.

"Futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir.

Ölkənin iki ən titullu klubunun mübarizəsi həmişə ictimaiyyət, kütləvi informasiya vasitələri və futbolsevərlərin diqqət mərkəzində olub. Qarşıdakı iki oyunun da eyni marağa səbəb olacağına heç bir şübhə yoxdur.

Əzəli rəqiblərin təxminən 35 ildir davam edən rəqabəti ərzində azarkeşlər çoxsaylı parlaq oyunlara, gözəl qollara, meydanda barışmaz mübarizəyə şahidlik ediblər. Budəfəki qarşılaşmalar da bizə həyəcanlı anlar, bənzərsiz emosiyalar və əsl futbol şousu vəd edir.

Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. "Qarabağ" və "Neftçi" olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.

Unutmayaq ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur. Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir.

Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir.

Azərbaycan futbolu qələbə qazansın!", - deyə bəyanatda bildirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

“Xankəndi”də futbolçulara vəd olunan mükafatlar ödənilməyib

Qarabağ FK
Bu gün, 13:47

Elvin Cəfərquliyevin zədəsinin son durumu

Şahmat
Bu gün, 13:39

Rusiya milli şahmat komandası 2026-cı il Şahmat Olimpiadasında iştirak etməyəcək

Futbol
Bu gün, 13:20

Deportivo "Roma"nın müdafiəçisini icarəyə götürdü

Voleybol
Bu gün, 12:59

„Milli Aviasiya Akademiyası-1“ qadın voleybol komandası ölkə çempionatında bürünc medal qazandı

Boks
Bu gün, 12:33

Konor Makqreqor diz əməliyyatından sonra oktaqona qayıdışa hazırlaşır

Voleybol
Bu gün, 12:20

"Turan"a Cənubi Koreya millisindən yeni transfer

Futbol
Bu gün, 12:00

Karvan-Yevlax Rüstəm Samiqullini heyətinə cəlb edib

Futbol
Bu gün, 11:50

Mark Kasado "Əl-Hilal"a keçə bilər

Futbol
Bu gün, 11:40

Atletiko Aleksandr Sörlotu 40 milyona satmağa hazırdır

Futbol
Bu gün, 11:35

Cənubi Koreya milli futbol komandası ilə bağlı seks skandalı

Futbol
Bu gün, 11:20

Miki van de Ven „Tottenhem“lə müqaviləsini uzadır

Futbol
Bu gün, 11:08

Mançester Yunayted qadın komandasının yeni baş məşqçisi müəyyənləşib

Futbol
Bu gün, 10:53

"Qalatasaray" sosial media istifadəçiləri barədə hüquq-mühafizə orqanlarına şikayət edib

Futbol
Bu gün, 10:40

Koventri Danimarka futbol tarixinə рекорд трансфер həyata keçirəcək

Cüdo
Bu gün, 10:21

Ganja Cup 2026 üzgüçülük yarışı keçirilir

Güləş
Bu gün, 10:21

Ganja Cup 2026 üzgüçülük yarışına start verilib

Futbol
Bu gün, 10:20

Atletiko Aleksandr Sörlotu 40 milyona satmağa hazırdır

Futbol
Bu gün, 09:40

İbrahima Mbaye icarəyə verilə bilər

Futbol
Bu gün, 09:37

Morqan Gibbs-Uayt “Bavariya” və ya “Çelsi”yə keçə bilər

Futbol
Bu gün, 09:25

Murad Məmmədov “Zalsburq”la oyunda meydana çıxdı

Futbol
Bu gün, 09:20

Entoni Teylor TFF elit hakimlər korpusunun direktoru təyin olunub

Futbol
Bu gün, 09:10

Kristian Romero “Atletiko Madrid”lə müqaviləni razılaşdırıb

Futbol
Bu gün, 08:17

Milan Leaunu Qalatasaraya satmayib

Oxşar xəbərlər