top
Neftçi Misli Premyer Liqasında səfərdə Kəpəzə minimal hesabla qalib gəlib Idman.biz
23 may 2026, 16:56
- ↺ +

"Neftçi" Misli Premyer Liqasında səfərdə "Kəpəz"ə minimal hesabla qalib gəlib

Misli Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" qarşılaşması başa çatıb.

İdman.Biz xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş "Neftçi"nin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1.

Oyunun ilk hissəsində tərəflər hesabı aça bilməyib və komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Fasilədən sonra "Neftçi" üstünlüyü ələ alıb. Matçın 54-cü dəqiqəsində Freddi Varqas fərqlənərək qonaqları hesabda önə keçirib.

Paytaxt təmsilçisi 65-ci dəqiqədən etibarən azlıqda mübarizə aparmalı olub. Belə ki, İfeanyi Metyu qırmızı vərəqə alaraq meydandan qovulub.

Qalan dəqiqələrdə hesab dəyişməyib və "Neftçi" səfərdən 3 xalla qayıdıb.

16:19

Misli Premyer Liqasının 33-cü turunun "Kəpəz" – "Neftçi" oyununda hesab açılıb.

İdman.Biz xəbər verir ki, matçın 54-cü dəqiqəsində Freddi Varqasın qolu ilə "Neftçi" önə keçib - 0:1.

16:04

"Kəpəz" - "Neftçi" oyununda ikinci hissə başlayıb.

İdman.Biz xəbər verir ki, ilk yarı qolsuz heç-heçə ilə başa çatıb.

15:50

Misli Premyer Liqasının 33-cü turunun "Kəpəz" - "Neftçi" oyununda ilk hissə başa çatıb.

İdman.Biz xəbər verir ki, tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar.

15:00

Misli Premyer Liqasının 33-cü turu çərçivəsində "Kəpəz" - "Neftçi" qarşılaşmasına start verilib.

İdman.Biz xəbər verir ki, matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.

14:28

Misli Premyer Liqasının 33-cü turu çərçivəsində keçiriləcək "Kəpəz" və "Neftçi" klubları arasında baş tutacaq oyunun start heyətləri açıqlanıb.

İdman.Biz xəbər verir ki, komandalar saat 15:00-da start götürəcək oyuna aşağıdakı heyətlərlə çıxacaqlar:

"Kəpəz": 81. Elgün Bayramov 99. Əli Səmədov (k) 5. Rauf Hüseynli 88. Şakir Seyidov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 11. Rəhman Hacıyev 29. Dioqo Verdaska 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori.

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 6. Camal Cəfərov 80. Şahnur İsmayılov 57. Amur Yusifov 30. Ruslan Quliyev 83. Raul İsaqov 12. Mahamadu Ba.

Baş məşqçi: Azər Bağırov.

"Neftçi": 1. Emil Balayev (k) 4. Elvin Camalov 17. Murad Xaçayev 77. Falaye Sako 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 10. Freddi Varqas 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi.

Ehtiyat oyunçular: 13. Kenan Piriç 95. Eldar Babayev 8. Emin Mahmudov 15. Elvin Bədəlov 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 14. Edvin Kuç 6. Sessi Dalmeyda 24. Mustafa Sek 70. Andrey Ştoqrin 11. İmad Faraj.

Baş məşqçi: Yuri Vernidub.

09:16

Bu gün futbol üzrə Misli Premyer Liqasının 33-cü turu çərçivəsində keçiriləcək ilk oyun "Kəpəz" və "Neftçi" klubları arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 15:00-da start götürəcək qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Bakı təmsilçisi 56 xalla dördüncü, Gəncə klubu 27 xalla onuncu pillədə qərarlaşıb.

Misli Premyer Liqası
Üçüncü dövrə, 33-cü tur
23 may (şənbə)

15.00. "Kəpəz" - "Neftçi"

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
M.H. Sumqayıt ş. st.

Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:10

Barcelona Artur Diasın transferi üçün Rafinha’dan kömək gözləyir

Futbol
Bu gün, 03:18

Juventusun Bruno Fernandesi transferi üçün 50‑60 milyon avro tələb – ciddi maliyyə maneəsi

Futbol
Bu gün, 01:02

Tottenham və Liverpool Kaoru Mitomanı transfer üçün maraqlandırır

Futbol
Bu gün, 00:43

Luis de la Fuente, Ronaldun Portuqaliya millisinin düşərgəsini tərk etməsi barədə şərh verməkdən imtina etdi

Futbol
Dünən, 22:55

U-20 milli komanda baş məşqçisi: Yolumuz hələ əvvəlində, Moldova ilə dostluq matçı yaxınlaşır

Futbol
Dünən, 21:58

Nunu Mendeş, Ronaldun milli komandadan ayrılmasına münasibətini açıqladı

Minifutbol
Dünən, 21:26

U-19 futzal millimiz Xorvatiya, Ukrayna və Yunanıstanla bir qrupda

Futbol
Dünən, 20:57

PSJ hücumçusu Ferran Torres İspaniya millisində zədələnib

Basketbol
Dünən, 20:38

Sumqayıt, NTD-ni 111:94 hesabı ilə məğlub etdi;

Futbol
Dünən, 17:31

Neftçi dostluq oyununda Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Futbol
Dünən, 16:45

U-20 milli komandamızın heyətində Həzrət Səmədovun zədə səbəbindən çıxması

Futbol
Dünən, 11:39

Ayxan Hüseynov: “0:0 dəyən oyundan sonra qələbə üçün daha çox çalışmalıyıq”

Futbol
Dünən, 11:23

Lixtenşteyn yarıpeşəkar yığmasının Bakıdakı 0:0 nəticəsinə mediya və rəsmi orqanların reaksiyası

Futbol
Dünən, 11:08

Gəncəbasar futbolçusu Kəpəzlə sınaq matçı öncəsi hazır olduğunu bildirdi

Futbol
Dünən, 09:41

UEFA Millətlər Liqası: Günün əsas oyunları və qrup mübarizələri

Basketbol
Dünən, 09:38

Maykl Cordanın 1998-ci NBA finalının forması 12,26 milyon dollara rekord qiymətə satıldı

Futbol
Dünən, 09:20

Qana millisinin baş məşqçisi Karluş Keyroş 3 ayda ikinci dəfə istefa verdi

Futbol
Dünən, 06:31

Kurtua açıqladı: “Atletiko” azarkeşlərinə yönəlmiş kimi görünən sözlər əslində Liverpoola yönəlmişdi

Futbol
Dünən, 04:03

İspaniya millisinin futbolçusu Niko Uilyams zədə səbəbiylə düşərgədən ayrıldı

Futbol
Dünən, 02:10

Almaniya və Portuqaliya üçün qalibiyyətlər

Futbol
01 oktyabr 2026, 22:38

Ayxan Abbasov: “Məsuliyyəti öz üzərimə götürürəm, qələbə üçün aşağıdan başlamalıyıq”

Futbol
01 oktyabr 2026, 22:14

Manchester United və Chelsea Tomas Araujo’nu transfer etmək istəyir

Futbol
01 oktyabr 2026, 21:39

AFFA Media və İctimaiyyətlə Əlaqələr Şöbə Rəhbəri Murad Axundov Vəzifəsindən Ayrıldı

Futbol
01 oktyabr 2026, 19:09

Aqueronun “Mançester Siti”yə transferi: razılaşma masa örtüyündə imzalanıb

Oxşar xəbərlər