"Neftçi" mövsümlərarası fasilədə növbəti transferini həyata keçirib.
İdman.biz xəbər verir ki, paytaxt klubu Kristian Kostini heyətinə cəlb edib.
Rumıniyalı sağ cinah müdafiəçisi mövqeyində oynayır. "Neftçi" 27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlayıb.
Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu "Dinamo" (Buxarest) olub. O, bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.
İdman.biz