top
Səbayıl Bağırov: Səbailin hədəfləri ilə şəxsi məqsədlərim üst-üstə düşür Idman.biz
23 iyul 2025, 10:41
- ↺ +

Səbayıl Bağırov: "Səbail"in hədəfləri ilə şəxsi məqsədlərim üst-üstə düşür

"Əslində bir neçə təklif var idi. Amma "Səbail"in layihəsi, baş məşqçi Elvin Məmmədovun mənə olan münasibəti və rəhbərliyin göstərdiyi etimad qərar verməyimdə həlledici oldu. Klubla aparılan danışıqlardan sonra burada faydalı olacağıma inandım. Çünki "Səbail"in hədəfləri ilə şəxsi məqsədlərim üst-üstə düşür".

İdman.biz xəbər verir ki, bu fikirləri futbolinfo.az saytına açıqlamasında "Səbail"in yeni transferi Səbayıl Bağırov bildirib.

30 yaşlı müdafiəçi komandanın qarşıdakı hədəflərindən danışıb: "Əsas məqsədim komandaya maksimum fayda vermək, meydanda liderlik göstərmək və klubun Premyer Liqaya qayıdışına töhfə verməkdir. Öz performansımla həm komanda daxilində, həm də çempionatda diqqət çəkən oyunçulardan biri olmağa çalışacağam. Elvin müəllimin və rəhbərliyin mənə göstərdiyi etimadı doğruldub, çempionluq uğrunda mübarizə aparacağıq. Bu inam və birliklə məqsədimizə çatacağımıza əminəm. Meydanda məsuliyyəti üzərimə götürməyi sevirəm və liderlik rolunu da məmnuniyyətlə qəbul edirəm. Əsas hədəfim stabillik, əzm və komandanı irəli aparacaq çıxışlardır".

Bağırov "Şamaxı" ilə yollarını ayırmasına da toxunub: "Futbol hərəkətdə olan bir sahədir və bəzən yolların ayrılması təbiidir. "Şamaxı" ilə qarşılıqlı anlaşma əsasında ayrıldıq. Komandanın azarkeşləri və şəhər möhtəşəmdir. Orada gözəl dostlar qazandım və şəhər mənim üçün hər zaman unudulmaz olaraq qalacaq. Həqiqətən dəyərli xatirələrim var. Orada keçirdiyim müddət üçün minnətdaram, amma artıq yeni səhifə açılıb və diqqətim tam olaraq "Səbail"dədir".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:59

"Kəpəz"in qələbəsindən - Video

Digər
Bu gün, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Bu gün, 21:16

Kurban Berdıyev: "Turan Tovuz" "Neftçi" ilə heç-heçəni itirilən 2 xal kimi qiymətləndirir

Futbol
Bu gün, 21:00

Azərbaycan U-15 millisə FIFA Dünya Çempionatı sahəsində 6-0 hesabı ilə Timor-Leste ilə qələbə qazandı

Futbol
Bu gün, 20:55

İnter Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir

Digər
Bu gün, 20:52

Peşəkar Çövkən Liqasında çempionluq sona bir tur qaldı

Futbol
Bu gün, 20:45

Canni İnfantino: U‑15 dünya çempionatı və festivalı istedadlı futbolçulara şans yaratmağın vacibliyini vurğuladı

Futbol
Bu gün, 20:45

Unai Emery: Manchester City üzərində qələbə 'fantastik gün' yaratdı

Digər
Bu gün, 20:25

Azərbaycan klubu avrokuboklarda məğlub oldu

Digər
Bu gün, 20:21

“Kür”ün məşqçisi: “Ümid edirik ki, yeni federasiya yaradılacaq və çempionat bərpa olunacaq” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Futbol
Bu gün, 20:18

A seriyası: “Komo” Roma ilə xal bərabərliyi əldə etdi, “Bologna” Sardiniyada qalib gəldi

Futbol
Bu gün, 20:12

Bakıda 15 yaşadək futbolçular arasında tarixi FIFA turniri başladı

Futbol
Bu gün, 20:06

Samir Şərifov: FIFA-nın Azərbaycan U-15 Dünya Çempionatına etimadını yüksək qiymətləndiririk

Futbol
Bu gün, 20:00

Enzo Alves 17 yaşında Real Madrid əsas heyətində yer alacaq

Futbol
Bu gün, 19:55

Bakıda U-15 Çempionatı: 17 Qol 40 dəqiqədə

Digər
Bu gün, 19:48

“Kür”ün baş məşqçisi: “Mövsümün sonuna qədər fəaliyyətimizi davam etdirəcəyik, sonrasının necə olacağı isə məlum deyil” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:44

Azər Məmmədov: “Köhnə, iddialı ‘Kəpəz’i qaytara bilərik”

Digər
Bu gün, 19:40

Bundesliqa: “Leypsiq”dən darmadağın, Füllkruqdan “Verder”ə qələbə - YENİLƏNİR

Digər
Bu gün, 19:26

Millimizin üzvü üçün 90 dəqiqə

Digər
Bu gün, 19:20

“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:16

Azər Məmmədov: “Kəpəz” hər il dağılır, sonra yenidən yığılır”

Digər
Bu gün, 19:04

Zaur Həşimov: “Təcrübəsizlikdir, yoxsa bəxtsizlik, bilmirəm”

Digər
Bu gün, 19:03

Fərid Qayıbov Ruandanın idman naziri ilə görüşüb - FOTO

Digər
Bu gün, 18:57

“Traktor” diskvalifikasiya olunacaq?

Oxşar xəbərlər