Bu gün "Zirə" UEFA Konfrans Liqasında ilk matçına çıxacaq.
İdman.biz xəbər verir ki, Premyer Liqanın gümüş medalçısı İİ təsnifat mərhələsi çərçivəsində Xorvatiya "Hayduk"unu qəbul edəcək.
8-ci km stadionunda ("Neftçi Arena") baş tutacaq matç saat 19:30-da start götürəcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
19:30. "Zirə" (Azərbaycan) – "Hayduk" (Xorvatiya)
Baş hakim: Xristos Vergetis (Yunanıstan)
Bakı, 8-ci km stadionu
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 31-də baş tutacaq.
İdman.biz