top
Şelburnun baş məşqçisi: Qarabağla oyuna autsayderin qalib gəldiyi kimi yanaşacağıq Sport24.az
Bu gün, 10:30
- +

"Şelburn"un baş məşqçisi: "Qarabağ"la oyuna autsayderin qalib gəldiyi kimi yanaşacağıq

"Şelburn"un baş məşqçisi Coui O Brayen İrlandiyada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransına qatılıb. Sport24.az xəbər verir ki, mütəxəssis maraqlı açıqlaması ilə diqqət çəkib. 

 

O, həftəsonu yerli komandanın hokkey matçına baxdığını söyləyib: 

 

"Autsayder olan komanda qalib gəldi. "Qarabağ"la oyuna da belə yanaşacağıq. Mənim üçün əsas odur ki, avrokubok oyunlarına görə peşman olmayaq. Bu, bir oyunçunun karyerasında elə bir məqamdır ki, bundan həzz almaq lazımdır. Ev oyunu olduğu üçün yaxşı atmosfer yaratmalı, irəli çıxmalı və rəqibi geri çəkilməyə məcbur etməliyik. İstəyirəm ki, komandam hücumda oynasın və keyfiyyətini nümayiş etdirsin".

 

İrlandiyalı məşqçi oyunun gedişatının "Qarabağ"ın durumundan asılı olacağını bildirib: "Bizdən fərqli olaraq, onların yeni mövsümdəki ilk oyunudur. "Qarabağ" yalnız Avstriyada təlim-məşq toplanışında olub.

 

O Brayen növbəti mərhələyə vəsiqənin "Şelburn"a maddi gəlir gətirəcəyini əlavə edib: "Bu, bizim kimi klub üçün əla fürsətdir. Çempionlar Liqası oyununda qələbə qazanmaq bir futbolçu üçün möhtəşəm hadisədir. I təsnifat mərhələsində "Linfild"i (Şimali İrlandiya) keçə bildiyimiz üçün indi "Qarabağ"a rəqib olmuşuq".

 

Qeyd edək ki, bu gün baş tutacaq Şelburn" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 18:39

Universiada-2027: Essen-də Mətbuat Konfransı və Təşkilatçıların Cavabları

Futbol
Bu gün, 18:29

"Atletiko" Mark Pubili transfer etdi - RƏSMİ

Futbol
Bu gün, 18:21

Viktor Pau "Barselona"dan "Braqa"ya keçir

Futbol
Bu gün, 18:00

Cahangir Həsənzadə: "Qarabağ" - "Şelburn" cütünün favoriti "Qarabağ"dır, amma asan olmayacaq

Futbol
Bu gün, 18:00

Hakan Çalhanoğlu "İnter"də xoşbəxtdir və qalmaq istəyir

Olimpiada
Bu gün, 17:53

Universiada: Həcər Nuriyeva 1/16 finala yüksəldi, digər badmintonçularımız mübarizəni dayandırdı - FOTO

Futbol
Bu gün, 17:49

Fredrik Yensen: "Bakıda maksimum müsbət nəticə əldə etmək istəyirik"

Futbol
Bu gün, 17:46

Mircavadov Yurçeviçin "Zirə" ilə bağlı fikirlərinə cavab verdi

Futbol
Bu gün, 17:40

Cahangir Həsənzadə: "Hayduk" keyfiyyətli oyunu ilə seçilir, "Zirə" üçün arzuolunmaz rəqibdir

Futbol
Bu gün, 17:37

Vüqar Nadirov "Şəmkir"də baş məşqçi olaraq qaldı

Minifutbol
Bu gün, 17:34

"Aris"in baş məşqçisi "Araz-Naxçıvan" oyunu öncəsi gecikməyə görə üzr istəyib və vacib oyundan danışıb

Futbol
Bu gün, 17:30

"Aris"in baş məşqçisi "Araz-Naxçıvan" oyunu öncəsi mətbuat konfransında növbəti mərhələyə vəsiqə qazanmağa çalışacaqlarını bildirib

Futbol
Bu gün, 17:28

"Aris"in baş məşqçisi "Araz-Naxçıvan" oyunu öncəsi: "Rəqibi təhlil etmişik, bizi çətin oyun gözləyir"

Futbol
Bu gün, 17:27

"Aris" futbolçusu: "Araz-Naxçıvan" üzərində qələbə qazanmağa hazırıq

Futbol
Bu gün, 17:22

Fredrik Yensen: "Araz-Naxçıvan" üzərində qələbə qazanmaq istəyirik

Futbol
Bu gün, 17:21

Ramil Şeydayev "Serik Belediyyespor"a keçə bilər

Basketbol
Bu gün, 17:20

"Neftçi" və "Abşeron Lions"un Avropa kubokundakı rəqibləri müəyyənləşib

Futbol
Bu gün, 17:17

Samuel Eto’O 600 Min Dollarlıq Oğurluqda İttiham Edilir

Olimpiada
Bu gün, 17:10

Universiada: Azərbaycan taekvondoçuları qarışıq komanda yarışında Misirə məğlub oldu

Futbol
Bu gün, 17:01

Rəşad Abdullayev istefası xəbərlərini təkzib etdi

Olimpiada
Bu gün, 17:00

Mehdi Budaqlı Avropa Gənclər Yay Olimpiya Festivalında erməni rəqibini məğlub edib

Futbol
Bu gün, 16:48

AFFA Texniki Direktoru: "Qarabağ" - "Şelburn" cütünün favoriti "Qarabağ"dır və çətin oyun gözləyir

Futbol
Bu gün, 16:40

"Roma" "Brayton"dan Evan Ferqyusonu transfer etdi - RƏSMİ

Futbol
Bu gün, 16:33

"Qarabağ" "Şelburn"la oyunda Marko Yankoviçsiz çıxış edəcək

Oxşar xəbərlər