top
Neftçi İqor Ribeyronun cəzasının qüvvədə saxlanılmasından narazıdır Report.az
Bu gün, 16:42
- +

"Neftçi" İqor Ribeyronun cəzasının qüvvədə saxlanılmasından narazıdır

AFFA İntizam Komitəsinin qərarının qüvvədə saxlanılması "Neftçi"nin futbolçusu İqor Ribeyronun karyerasına böyük zərbədir.

Bunu "Report"a açıqlamasında "ağ-qaralar"ın media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.

Klub rəsmisi qərardan narazı qaldıqlarını söyləyib:

"Verilən qərardan çox narazıyıq. Əlbəttə, ümid edirdik ki, İntizam Komitəsinin çıxardığı cəza azaldılacaq. Amma belə olmadı. Üç oyunluq cəza qüvvədə qaldı. Bizim üçün böyük itkidir. Futbolçunun karyerası üçün də böyük zərbədir. Bir aydan artıq müddətdə meydana çıxa bilməyəcək. Son oyunlarda da hakimlərin yanlış qərarlarından əziyyət çəkdik. Ümid edir və inanırıq ki, bundan sonrakı turlarda ədalətli qərarların şahidi olarıq".

Qeyd edək ki, "Neftçi"nin futbolçusu İqor Ribeyro "Turan Tovuz"a uduzduqları Misli Premyer Liqasının III turunun oyununda təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə almışdı. O, AFFA İntizam Komitəsinin qərarı ilə 3 oyunluq cəzalanıb, "ağ-qaralar"a isə 3 000 manat cərimə tətbiq edilib. Klub məsələ ilə bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət etsə də, qərar qüvvədə saxlanılıb.

"Neftçi" klubu Azərbaycan Premyer Liqası AFFA İntizam Komitəsi Apellyasiya Arbitraj Tribunalı İqor Ribeyro
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:07

U-15 Azərbaycan Monteneqronu 3:1 hesabı ilə məğlub etdi

Güləş
Bu gün, 17:59

Dünya Çempionatı: Eldəniz Əzizli yarımfinalda, Sənan Süleymanov və Qurban Qurbanov 1/4 finalda məğlub oldu

Futbol
Bu gün, 17:59

"Neftçi" İqor Ribeyro ilə bağlı AFFA-nın qərarından narazıdır

Futbol
Bu gün, 17:57

Azərbaycan U-15 millisi Monteneqro U-15-i yoxlama oyununda məğlub edib

Futbol
Bu gün, 17:54

Nadir Nəbiyev: Yerli məşqçilərə güvənmək lazımdır

Formula 1
Bu gün, 17:49

Laura Villars FİA prezidentliyinə namizədliyini irəli sürüb

Formula 1
Bu gün, 17:42

"Formula-1" Azarkeşləri Pit-Leyndə: Azərbaycan Qran-Prisinə Hazırlıq

Futbol
Bu gün, 17:40

Fernandu Santuş "Panatinaikos"un baş məşqçi postuna namizəddir

Futbol
Bu gün, 17:37

Qonsalu Ramuş Mbappenin PSJ-dəki Rekordunu Təkrarladı

Futbol
Bu gün, 17:31

Arif Əsədov "Əfsanələr Kuboku"nda iştirakını Avropa və dünya çempionu olması ilə əlaqələndirdi

Cüdo
Bu gün, 17:29

Azərbaycan paracüdoçuları Tbilisi Avropa Çempionatına yollanır

Futbol
Bu gün, 17:20

Vensan Abubakar karyerasını İranda davam etdirəcək

Formula 1
Bu gün, 17:20

SoyMotor: Azərbaycan Qran-prisində xəstələnmə halları qeydə alınıb, yalnız Rassell deyil

Futbol
Bu gün, 17:17

Kaxaber Sxadadze "Qəbələ"dəki həyatı, karyerası və Azərbaycan futbolu haqqında danışdı

Futbol
Bu gün, 17:13

Dani Alves "Pumas" klubuna cinsi zorakılıq işinə görə kompensasiya ödəyəcək

Futbol
Bu gün, 17:08

Lionel Messi "İnter Mayami" ilə yeni müqavilə bağlamağa yaxındır

Futbol
Bu gün, 17:03

İspaniya FIFA reytinqində Argentinanı qabaqladı

Futbol
Bu gün, 16:59

"Real" Niko Pası geri qaytarır

Güləş
Bu gün, 16:52

Dünya çempionatı: Yunan-Roma güləşçilərimizdən 3-ü 1/4 finalda

Formula 1
Bu gün, 16:47

"Formula 1" üzrə Azərbaycan Qran-prisində azarkeşlər üçün pit-leyn gəzintisi təşkil olunub

Futbol
Bu gün, 16:44

İtaliya Superkuboku dekabrda Ər-Riyadda keçiriləcək: Oyun cədvəli və formatı

Futbol
Bu gün, 16:39

Arda Gülerə İngiltərədən 150 milyon avroluq təklif gəlib, "Real" rədd edib

Formula 1
Bu gün, 16:37

Corc Rassell səhhətinə görə Bakıdakı mətbuat konfransında iştirak etməyib

Oxşar xəbərlər