İngiltərənin "Tottenhem" futbol klubunun isveçli yarımmüdafiəçisi Lukas Berqvall karyerasını başqa çempionatda davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, "TUTTOmercatoWEB" nəşrinin məlumatına görə, 20 yaşlı futbolçu "Napoli" və "Barselona" klublarının maraq dairəsindədir.
Berqvallın ötən yay "Tottenhem"dən ayrılmaq istədiyi, lakin onu komandada qalmağa razı saldıqları bildirilir. Bununla belə, yarımmüdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında cəmi iki dəfə start heyətində meydana çıxıb.
İsveçli futbolçu cari mövsümdə bütün turnirlərdə altı oyunda iştirak edib və heç bir məhsuldar hərəkətlə yadda qalmayıb.
Berqvallın "Tottenhem"lə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı yarımmüdafiəçinin bazar dəyərini 40 milyon avro qiymətləndirir.