\"Napoli\"nin baş məşqçisi Massimiliano Alleqri İtaliya çempionatının iki oyunundan kənarlaşdırılıb və 10 min avro cərimələnib.
\"Report\" xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.
Qərar 2026/2027 mövsümünün VIII turunun oyunlarından sonra qəbul edilib.
Cəzaya oktyabrın 24-də \"Napoli\" ilə \"Roma\" arasında keçirilən və 3:3 hesabı ilə başa çatan oyunda baş verən hadisələr səbəb olub. Alleqri qarşılaşma zamanı hakimləri təhqir edib, matçdan sonra isə rəqib komandanın rəhbər şəxslərindən birinə qarşı aqressiv davranış nümayiş etdirib.
İtaliya çempionatının eyni turunun yekunlarına əsasən, \"Leççe\"nin müdafiəçisi Kyalonda Qaspar da iki oyunluq diskvalifikasiya olunub.