top
Nadir Nəbiyev: Qələbəyə sevinməliyik, bu, milli komandanı ruhlandıracaq - FOTO Idman.biz
01 aprel 2026, 13:53
- ↺ +

Nadir Nəbiyev: "Qələbəyə sevinməliyik, bu, milli komandanı ruhlandıracaq" - FOTO

"Milli komanda qələbə qazanıbsa, buna ancaq sevinməliyik. Düzdür, rəqiblər də o qədər güclü deyildi, amma qələbə qələbədir".

Bu sözləri Azərbaycan millisinin sabiq üzvü Nadir Nəbiyev deyib.

Azərbaycan millisinin "FİFA Series" turnirinin qalib olması ilə bağlı danışan keçmiş hücumçu qazanılan iki qələbəyə istehza ilə yanaşmanın düzgün olmadığını bildirib.

"Bu oyunların əsas faydası o oldu ki, məşqçilər komandada olan boşluqları görə bildilər. Nəzərə almaq lazımdır ki, milli uzun müddət idi ki, qələbə qazana bilmirdi. Əgər biz qələbəni belə tənqid ediriksə, məğlub olsaq, nə edərdik. Nə qədər desək ki, rəqiblərimiz zəif idi, inanıram ki, bu qələbə milli komandanı daha da ruhlandıracaq", - deyə o, qol.az-a açıqlamasında söyləyib.

N.Nəbiyev bildirib ki, bu oyunlara əsasən Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı çıxışı haqda proqnoz vermək tezdir. O, Lixtenşteyn və Litvanın Azərbaycan millisindən güclü olmadığını, amma oyunların asan keçməyəcəyini də qeyd edib:

"Rəqiblərimiz "FİFA Series" turnirindəkilərdən daha ciddi komandalardır. Həmin oyunlara daha ciddi hazırlaşıb yaxşı nəticə qazanmaq lazımdır.

Həm Lixteynşteyn, həm də Litva milli komandalarının son oyunlarına baxanda görürük ki, rəqiblərə ciddi müqavimət göstəriblər, bəzən də qələbə qazanıblar. Bu oyunların bizim üçün çətin keçəcəyini indidən deyə bilərik. Məşqçilərin seçim imkanı da çox deyil. Bununla belə, milli komandamızı hər iki rəqibdən daha üstün sayıram. Nə olursa olsun, bu qrupdan lider olaraq çıxmalıyıq".

N.Nəbiyev onu da bildirib ki, Ayxan Abbasovun milliyə baş məşqçi təyinatından sonra komandada qələbə istəyi, əzmkarlıq artıb ki, bu da yaxşı nəticələrə ümid verir:

"Bir neçə ildir milli komanda ugurlu çıxış etmir. Fernandu Santuşun gəlişindən sonra yaxşı nəticə olacağına ümid etsək də, daha da pis oldu. Ayxan Abbasovun gəlişindən sonra ən çox nəzərə çarpan meydançada futbolçuların əzmkarlığı, bir də son saniyəyə qədər mübarizə aparmasıdır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər