top
Murad Məmmədovun Neftçiyə vida mesajı: Hər şey üçün təşəkkür, bağışlayın Sport24.az
28 may 2026, 11:00
- ↺ +

Murad Məmmədovun "Neftçi"yə vida mesajı: "Hər şey üçün təşəkkür, bağışlayın"

"Mənim üçün həm çox çətin, həm də çox qürurverici anlardır". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"dən Kiprin "Pafos" klubuna keçən Murad Məmmədov sosial şəbəkə hesabında yazıb.

Gənc vinger "ağ-qaralar"la vidalaşıb:

"On üç il əvvəl böyük arzularla "Neftçi"nin qapısından içəri girdim və bu klub mənim üçün sadəcə komanda olmadı, ikinci evimə, ailəmə və həyat məktəbimə çevrildi. Burada böyüdüm, bu formanı daşımağın əsl dəyərini öyrəndim, həm qələbənin sevincini, həm də məğlubiyyətin acısını yaşadım".

Məmmədov hər zaman yanında olan möhtəşəm "Neftçi" azarkeşlərinə təşəkkür etdiyini söyləyib:

"Sevginiz, dəstəyiniz və inamınız hər oyunda mənə əlavə güc verdi. Ən çətin anlarda belə bizi dəstəkləməkdən vaz keçmədiniz və bunu heç vaxt unutmayacağam. Bu formanı geyinərək meydana çıxdığım hər dəfə sizin üçün əlimdən gələnin maksimumunu etməyə çalışdım. Bu illər ərzində mənə güvənən, inkişafıma dəstək olan və daim arxamda duran klub rəhbərliyinə də təşəkkür edirəm. Burada qazandığım təcrübə və xatirələr ömür boyu mənimlə qalacaq".

O, birlikdə meydanı bölüşdüyü bütün komanda yoldaşlarıma xüsusi təşəkkür edib:

"Sizinlə təkcə dostluq deyil, qardaşlıq da qazandım. Soyunub-geyinmə otağında keçirdiyimiz hər an və meydanda, meydandan kənarda paylaşdığımız bütün emosiyalar mənim üçün həmişə çox dəyərli olacaq. Eyni zamanda, bu klub üçün çalışan bütün məşqçilərə, həkimlərə, fizioterapevtlərə, tibbi heyətə və görünməyən arxa plandakı insanlara dərin minnətdarlığımı bildirirəm. Sizin zəhmətiniz və fədakarlığınız futbolçular üçün hər zaman çox önəmli olub. Bu vida son deyil. Mən həmişə "Neftçi" ailəsinin bir parçası olaraq qalacağam və klubun uğurlarını ürəkdən dəstəkləməyə, qeyd etməyə davam edəcəyəm. Hər şey üçün təşəkkür edirəm. Bütün nöqsanlarıma görə məni bağışlayın".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Oxşar xəbərlər