top
Mourinyodan müasir futbol məşqçiləri haqqında şok açıqlama Sport24.az
22 yanvar 2026, 15:00
- +

Mourinyodan müasir futbol məşqçiləri haqqında şok açıqlama

"Benfika"nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunun "Yuventus"la matçından (0:2) sonra maraqlı açıqlamalar verib. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis həmkarları barədə danışıb.

 

O,müasir futbolda məşqçilərin statistikaya görə seçildiyini deyib:

 

"Əvvəllər ən çox qazananın ən yaxşı olduğuna inanılırdı, amma indi vəziyyət belə deyil. İndi ən yaxşı olan, ən çox imic yarada biləndir. İşə yaramayan şeyləri sınayıb uğursuz olan məşqçilər var. Sonra deyirlər ki, "fikrimə sadiq qalaraq məğlub oldum". Əgər fikrinə sadiq qalaraq məğlub olursansa, bu, sadəcə ağılsızlıq deməkdir.

 

2004-cü ildə Çempionlar Liqasının qalibi kimi Premyer Liqaya getdim. Həmin il Premyer Liqaya cəmi iki əcnəbi baş məşqçi gəlmişdi. Biri mən idim, digəri isə UEFA Kubokunu qazanan Rafa Benites. O, kuboku "Valensiya" ilə qazanıb "Liverpul"a getdi, mən isə "Portu" ilə Çempionlar Liqasını qazanıb "Çelsi"yə keçdim.

 

Bu gün isə adlarını belə tanımadığım məşqçilər Premyer Liqaya gedirlər. Bunu hörmətsizlik kimi demirəm - bu, sadəcə həqiqətdir. Bəzi məşqçilər qələbələrinə görə yox, statistik göstəricilərə, rəqəmlərə əsasən seçilirlər. İmiclər formalaşdırılır və bu gün qazanmaqdan daha vacib olanın "belə oynamaq, belə görünmək" olduğu düşüncəsi insanlara satılır. Bu səviyyədə işlər kökündən dəyişib".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:28

Kodi Qakpo “Tottenhem”ə keçə bilər

Basketbol
Bu gün, 19:24

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi İslandiyaya uduzub

Futbol
Bu gün, 18:55

Azərbaycanda iki futzol klubunun adı dəyişdirildi

Futbol
Bu gün, 18:53

Hall Siti klubu qapıçı Konstantinos Tsolakisi transfer edib

Futbol
Bu gün, 18:37

„İnter“ və „Milan“ Avstraliyada heç-heçə edib

Futbol
Bu gün, 18:29

Real Mastantuononu İtaliyaya göndərir

Qarabağ FK
Bu gün, 18:14

Qarabağ Dinamo ilə oyun üçün Polşaya yollandı

Futbol
Bu gün, 18:03

„Kəpəz“ qapıçısı ilə müqaviləni uzadır

Futbol
Bu gün, 17:51

"Kəpəz" müdafiəçisi Ümid Səmədovla müqaviləni yeniləyib

Futbol
Bu gün, 17:51

„Kəpəz“ futbolçusu Ümid Səmədovla müqavilə yenilənib

Futbol
Bu gün, 17:29

Real Madrid Brahim Diasla bağlı qərara gəlib

Güləş
Bu gün, 17:12

Azərbaycan atleti U-20 dünya çempionatında mübarizəyə başlayır

Futbol
Bu gün, 16:54

Rauf Rüstəmli „Karvan-Yevlax“dan ayrıldı

Futbol
Bu gün, 16:40

Azərbaycan II Liqasının 2026/2027 mövsümünün püşkatması oldu

Gimnastika
Bu gün, 16:13

Bədii gimnastika üzrə ölkə çempionatında ikinci günə nəticələri

Futbol
Bu gün, 16:00

„Kəpəz“ Namik Ələskərovu heyətinə qaytarmaq istəyir

Futbol
Bu gün, 15:40

Tottenhem Çelsinin hücumçusunu transfer etməyə niyyətindədir

Futbol
Bu gün, 15:20

Məhəmməd Salah “Trabzonspor”da

Futbol
Bu gün, 15:00

"Kəpəz"də Ömid Səmədovla müqavilə yenilənib

Futbol
Bu gün, 14:52

Tailandlı futbolçu ildırım vurması nəticəsində həyatını itirib

Futbol
Bu gün, 14:20

İran millisinin hücumçusu Mehdi Taremi transferə cəlb olunur

Futbol
Bu gün, 14:17

İordaniya FF-nın prezidenti: FIFA bizi şantaj edir

Futbol
Bu gün, 13:51

ABŞ-nin qadın futbol üzrə əfsanəvi oyunçusu karyerasını başa vurur

Futbol
Bu gün, 13:20

Nottingem Forest Tijani Reyndersi Transfer Etmək İstəyir

Oxşar xəbərlər