top
Mourinyo Benfikadan müqavilə təklifi aldı, Real variantı açıq qaldı Idman.biz
15 may 2026, 17:16
- ↺ +

Mourinyo "Benfika"dan müqavilə təklifi aldı, "Real" variantı açıq qaldı

Portuqaliyanın "Benfika" futbol klubunun baş məşqçisi Joze Mourinyo gələcəyi ilə bağlı qərarı mövsüm başa çatandan sonra verəcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 63 yaşlı mütəxəssis Lissabon təmsilçisindən yeni müqavilə təklifi aldığını təsdiqləyib. Mourinyonun sözlərinə görə, təklif çərşənbə günü onun agentinə təqdim edilib, lakin portuqaliyalı məşqçi hələ sənədə baxmaq istəməyib.

"Bəli, çərşənbə günü "Benfika"dan yeni müqavilə təklifi aldım. Amma dedim: indi yox. Bazar günü baxarıq. Gələn həftə mənim gələcəyim üçün vacib olacaq", - deyə Mourinyo bildirib.

Portuqaliyalı məşqçi "Real Madrid"lə bağlı iddialara da toxunub. O, Madrid klubundan ona rəsmi təklif təqdim olunduğunu deməsə də, gələn həftənin həm özü, həm də "Benfika" üçün önəmli olacağını vurğulayıb. İspaniya mediasında Mourinyonun "Real Madrid"ə qayıdışı ilə bağlı danışıqların irəlilədiyi yazılır.

Mourinyo "Benfika"nın hər kəsdən böyük olduğunu da xüsusi qeyd edib:

"Şəxsi vəziyyətimlə bağlı narahatlığa əsas görmürəm. Heç kim kiminsə gedib-getməməsinə görə narahat olmamalıdır. Çünki "Benfika" hamıdan böyükdür".

Təcrübəli mütəxəssis "Real Madrid" futbol komandasının baş məşqçisi Alvaro Arbeloa ilə Kilian Mbappe arasında yaşanan gərginliyə də münasibət bildirib. Mourinyo Arbeloanı dostu adlandırıb və onun futbolçu kimi vaxtilə özü üçün "canını və ruhunu verdiyini" söyləyib.

"Bu məni kədərləndirir. Çünki Arbeloa mənim dostumdur. O, mənim futbolçum olanda hər şeyini verənlərdən biri idi. İndi "Real Madrid"in baş məşqçisi olduğu üçün əlaqəmiz daha da güclüdür. Onun işlərinin yaxşı getməsini istəyirəm", - deyə Mourinyo əlavə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:32

Çempionlar Liqasında "Sabah" – "Barselona" matçı: Flik Yamalın yoxluğu ilə, "Sabah" Kanselonun zəifliyi ilə üzləşir

Futbol
Bu gün, 01:25

"Cırtdanlar" arasında dünya çempionatında dava - VİDEO

Futbol
Bu gün, 01:20

PSJ Safonovu yeni müqavilə ilə məvacibini artırmağa hazırdır

Futbol
Bu gün, 01:05

"Qalatasaray" "Aston Villa"ya, "Arsenal" Borussiya Dortmund" qarşı - YENİLƏNİR

Futbol
Bu gün, 01:01

De Bruyne keçmiş komandasına qarşı oyundan danışdı: “Mareskanı yaxşı tanıyıram”

Futbol
Bu gün, 00:45

Aston Villa, Qalatasarayla oyundan əvvəl məşqə çıxmayacaq: Səbəb ot örtüyünün pis vəziyyəti

Qarabağ FK
Bu gün, 00:42

“Qarabağ” Qazaxıstan klubundan əvvəlki məğlubiyyətin əvəzini çıxdı - FOTO

Formula 1
Bu gün, 00:31

Ferstappen Formula-1-dəki texniki reqlament problemlərinin 2030-cu ilə qədər davam edəcəyi proqnozunu verdi

Voleybol
Bu gün, 00:12

“Turan”la oyun öncəsi “Skandiççi”də itki təhlükəsi

Futbol
Bu gün, 00:10

Juventus bosniyalı vingeri Alaybeqoviç üçün 40 milyon avro təklif edə bilər

Futbol
Bu gün, 00:00

Liverpul

Şahmat
Dünən, 23:56

Xaqan liderlə, Lalə keçmiş dünya çempionu ilə qarşılaşacaq

Futbol
Dünən, 23:48

Super Liqa: XII tura yekun vurulub

Boks
Dünən, 23:43

Konor Makqreqor ağır zədədən sonra məşqlərə qayıtdı

Futbol
Dünən, 23:40

Milli komanda Andorrayı 3:1 məğlub etdi, amma Lixtenşteynlə oyundakı vaxt uzatması Avro-2028 pley-off şansını ələ keçirdi

Futbol
Dünən, 23:29

Barselona mətbuat konfransında De Yonq iştirak edəcək

Futbol
Dünən, 23:15

Mourinyo: Oyunların çoxluğundan şikayət edən futbolçuların maaşı 50 faiz azaldılsın

Futbol
Dünən, 23:02

“Başakşəhər”dən möhtəşəm geridönüş, Bertuğdan het-trik

Futbol
Dünən, 23:00

Gəncəbasar kapitanı: "Şahdağ Qusar"la heç-heçə bizim üçün qələbə kimidir

Futbol
Dünən, 22:55

II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib

Futbol
Dünən, 22:51

Martin Edeqorun "Arsenal"la yeni müqavilə imzalaması gözlənilir

Futbol
Dünən, 22:47

“Bavariya” Harri Keyni əvəzləmək üçün keçmiş hücumçusunu, Erik Maksim Şupo-Motinqi, geri qaytara bilər

Futbol
Dünən, 22:38

İnterin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun zədəsi ilə bağlı xəbər

Futbol
Dünən, 22:34

İngiltərə nəşri “Sabah”‑Barselona oyununu proqnozladı: 3‑1 qalibiyyət gözlənilir

Oxşar xəbərlər