"Neftçi"nin yay transfer pəncərəsində heyətinə qatacağı futbolçulardan biri bəlli olub.
İdman.biz xəbər verir ki, bunu Monteneqro mətbuatı açıqlayıb.
Bu ölkənin millisinin formasını geyinən Edvin Kuts karyerasını "Neftçi"də davam etdirəcək. 30 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılıq əldə olunub. Edvin son 5 ildə Kosovoda "Balkani" klubunun formasını geyinib.
Qeyd edək ki, Kuts Monteneqro millisində 5 oyunda 3 qol vurub.
İdman.biz