"Neftçi"nin yay "transfer pəncərəsi"ndə heyətinə qatacağı futbolçulardan biri bəlli olub. Sport24.az xəbər verir ki, bunu Monteneqro mətbuatı açıqlayıb.
Monteneqro yığmasının şərəfini qoruyan Edvin Kuts karyerasını "ağ-qaralar"də davam etdirəcək. 30 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılıq əldə olunub. Edvin son 5 ildə Kosovoda "Balkani" klubunun formasını geyinib.
Qeyd edək ki, Kuts Monteneqro millisində 5 oyunda 3 qol vurub.