Misli Premyer Liqasında XXV tura start verilib.
"Report"un məlumatına görə, turun ilk oyun günündə "Şamaxı" - "Araz-Naxçıvan"la qarşılaşıb.
Şamaxı şəhər stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
56-cı dəqiqədə Vladislav Veremeyev avtoqol müəllifi olub.
Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq.