top
Misli Premyer Liqası 2025/26 Mövsümünün Mükafatçıları və Statistikası Sport24.az
16 may 2026, 23:43
- ↺ +

Misli Premyer Liqası 2025/26 Mövsümünün Mükafatçıları və Statistikası

Misli Premyer Liqasında 2025/26 mövsümünün bütün mükafatçılarının medallarının əyarı dəqiqləşib. Sport24.az xəbər verir ki, ilk çempionluğu qazanan "Sabah"ın ardından "üçlük"də yerini təmin edən "Qarabağ"la "Turan Tovuz"un hansı əyarlı medal qazandığı XXXII turda bəlli olub.


"Qarabağ" "İmişli" üzərində 3:0 hesablı qələbə qazanaraq 2-ci yeri təmin edib. Bununla da "Qarabağ"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində oynayacağı dəqiqləşib.

 

XXXII turda səfərdə "Şamaxı"ya 2:3 hesabı ilə məğlub olan "Turan Tovuz" isə Premyer Liqanın 3-cüsü olub. Qərb təmsilçisi UEFA Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

 

Bununla da ötən mövsümün üç mükafatçısından yalnız biri – "Qarabağ" yenə medalçılar sırasında qalıb. "Sabah" fasilədən sonra "üçlüy"ə qayıdıbsa, "Turan Tovuz" ilk dəfə bunu bacarıb. Bir mövsümdə iki komandanın mükafatçılar sırasına qoşulması və yalnız birinin "üçlük"də qalmasına sonunu dəfə 2010/11 mövsümündə təsadüf olunmuşdu. 15 il əvvəl də "Qarabağ" bir mövsüm öncəki kimi mükafatçılar sırasında qalmışdı.

 

Premyer Liqanın bütün mükafatçıları 

 

mövsüm çempion II yer III yer
1992 Neftçi (Bakı) Xəzər (Sumqayıt) Turan (Tovuz)
1993 Qarabağ (Ağdam) Xəzər (Sumqayıt) Turan (Tovuz)
1993/94 Turan (Tovuz) Qarabağ (Ağdam) Kəpəz (Gəncə)
1994/95 Kəpəz (Gəncə) Turan (Tovuz) Neftçi (Bakı)
1995/96 Neftçi (Bakı) Xəzri (Buzovna) Kəpəz (Gəncə)
1996/97 Neftçi (Bakı) Qarabağ (Ağdam) Xəzri (Buzovna)
1997/98 Kəpəz (Gəncə) Dinamo (Bakı) Şəmkir
1998/99 Kəpəz (Gəncə) Şəmkir Neftçi (Bakı)
1999/2000 Şəmkir Kəpəz (Gəncə) Neftçi (Bakı)
2000/01 Şəmkir Neftçi (Bakı) Viləş (Masallı)
2001/02 Yarımçıq qalıb     
2002/03 Keçirilməyib    
2003/04 Neftçi (Bakı) Şəmkir Qarabağ-Azərsun (Ağdam)
2004/05 Neftçi (Bakı) Xəzər-Lənkəran Karvan (Yevlax)
2005/06 Bakı Karvan (Yevlax) Neftçi (Bakı)
2006/07 Xəzər-Lənkəran Neftçi (Bakı) Bakı
2007/08 İnter (Bakı) Olimpik (Bakı) Neftçi (Bakı)
2008/09 Bakı İnter (Bakı) Simurq (Zaqatala)
 2009/10 İnter (Bakı) Bakı Qarabağ (Ağdam)
2010/11 Neftçi (Bakı) Xəzər Lənkəran Qarabağ (Ağdam)
2011/12 Neftçi (Bakı) Xəzər Lənkəran İnter (Bakı)
2012/13 Neftçi (Bakı) Qarabağ (Ağdam) İnter (Bakı)
2013/14 Qarabağ (Ağdam) İnter (Bakı) Qəbələ
2014/15 Qarabağ (Ağdam) İnter (Bakı) Qəbələ
2015/16 Qarabağ (Ağdam) Zirə (Bakı) Qəbələ
2016/17 Qarabağ (Ağdam) Qəbələ İnter (Bakı)
2017/18 Qarabağ (Ağdam) Qəbələ Neftçi (Bakı)
2018/19 Qarabağ (Ağdam) Neftçi (Bakı) Səbail (Bakı)
2019/20 Qarabağ (Ağdam) Neftçi (Bakı) Keşlə (Bakı)
2020/21 Neftçi (Bakı) Qarabağ (Ağdam) Sumqayıt
2021/22 Qarabağ (Ağdam) Neftçi (Bakı) Zirə (Bakı)
2022/23 Qarabağ (Ağdam) Sabah (Bakı) Neftçi (Bakı)
2023/24 Qarabağ (Ağdam) Zirə (Bakı) Sabah (Bakı)
2024/25 Qarabağ (Ağdam) Zirə (Bakı) Araz-Naxçıvan
2025/26 Sabah (Bakı) Qarabağ (Ağdam) Turan Tovuz

 

34-cü mövsümü başa çatmaqda olan Azərbaycan çempionatlarından birinin qalibləri müəyyənləşmədiyini nəzərə alsaq, ümumilikdə 33 dəst medal sahibini tapıb. Bu 99 medaldan 21-ni "Neftçi", 20-ni "Qarabağ" əldə edib.

 

Yubiley mükafatına sahib çıxan Ağdam klubu gümüş medalların sayında "Neftçi"nin rekorduna çatıb. Hər iki komandanın 5 ikinciliyi var.

 

"Turan Tovuz" 21-ci mükafatçı kimi tarixə düşübsə, "Sabah" hər üç əyarlı medala sahib çıxan 7-ci komanda olub.

 

Premyer Liqanın mükafatçıları klublar üzrə:

 

klub I II III
Qarabağ (Ağdam) 12 5 3
Neftçi (Bakı) 9 5 7
Kəpəz (Gəncə) 3 1 2
Şamaxı 2 3 4
Bakı 2 2 2
Şəmkir 2 2 0
Turan (Tovuz) 1 1 2
Xəzər Lənkəran 1 3 0
Sabah (Bakı) 1 1 1
Zirə (Bakı) 0 3 1
Qəbələ 0 2 3
Xəzər (Sumqayıt) 0 2 0
Xəzri (Bakı) 0 1 1
Karvan (Yevlax) 0 1 1
Olimpik (Bakı) 0 1 0
Simurq (Zaqatala) 0 0 1
Viləş (Masallı) 0 0 1
Səbail (Bakı) 0 0 1
Sumqayıt 0 0 1
Araz-Naxçıvan 0 0 1
Turan Tovuz 0 0 1

 


Qeyd edək ki, "Bakı" "Dinamo", "Şamaxı" "İnter" və "Keşlə", "Qarabağ" "Qarabağ-Azərsun", AZAL isə "Olimpik" adı altında mükafat qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Oxşar xəbərlər