"Mingəçevir" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, Birinci Liqa təmsilçisini yeni mövsümdən Elman Sultanov çalışdıracaq.
Klub mövsüm başa çatdıqdan sonra baş məşqçi Ramiz Məmmədovla yollarını ayırıb. Təcrübəli mütəxəssis karyerasını digər Birinci Liqa təmsilçisi "Karvan-Yevlax"da davam etdirəcək.
Artıq Mingəçevirdə olan Elman Sultanov klubun stadionu və işçi heyəti ilə tanış olub. Yeni baş məşqçinin qərarına əsasən, komanda 2026/2027-ci illər mövsümünə hazırlığa avqustun 2-də start verəcək.