İstanbulun Sarıyer rayonunda dişi şirin göründüyü iddiası təşvişə səbəb olub.
Uskumruköy ərazisində təhlükəsizlik kameralarına düşdüyü bildirilən heyvanın tapılması üçün jandarma, Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsinin əməkdaşları, eləcə də bələdiyyə işçiləri axtarışlara başlayıb. Axtarış zamanı termal kamera vasitəsilə şir olduğu ehtimal edilən heyvanın görüntüləndiyi bildirilib.
Hadisə yerində diqqət çəkənlər arasında "Qalatasaray"ın futbolçusu Abdülkərim Bardakçı da olub. Türkiyə millisinin üzvü daha sonra sosial şəbəkədə şiri sığalladığı anların görüntülərini paylaşaraq gülüş və şir emojilərindən istifadə edib.