top
İspaniya mətbuatı Dani Olmodan “Sabah”la oyunda “sehr” gözləyir - İDMAN.BİZ-in İCMALI Idman.biz
Bu gün, 13:24
- ↺ +

İspaniya mətbuatı Dani Olmodan “Sabah”la oyunda “sehr” gözləyir - İDMAN.BİZ-in İCMALI

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Dani Olmo UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda "Sabah"la keçiriləcək oyuna start heyətində başlaya bilər.

İdman.Biz xəbər verir ki, bu barədə Kataloniyanın "Mundo Deportivo" nəşrinin jurnalisti Xavyer Qaskon "Dani Olmonun qayıdışı ilə sehr və ideal rotasiya da geri dönür" başlıqlı məqaləsində ehtimal irəli sürüb.

Müəllifin fikrincə, 28 yaşlı futbolçunun sıraya qayıtması baş məşqçi Hansi Flikə hücumameyilli yarımmüdafiəçi mövqeyində əvvəlki effektiv rotasiyanı bərpa etməyə imkan verəcək. Zədədən əvvəl almaniyalı mütəxəssis Olmo ilə Fermin Lopes arasında növbələşməyə üstünlük verir, bununla da hər iki futbolçunun fiziki hazırlığını və oyun intensivliyini qoruyurdu.

Jurnalist daha əvvəl Fermin Lopesin "Vilyarreal"la matça start heyətində başlayacağını, Olmonun isə sonradan meydana çıxacağını proqnozlaşdırmışdı. Onun qənaətinə görə, Bakıda futbolçuların rolları dəyişə bilər.

Bu ehtimal qismən noyabrın 22-də gerçəkləşib. "Vilyarreal" üzərində 3:2 hesablı qələbə qazanılan görüşdə Olmo 68-ci dəqiqədə Fermin Lopesin əvəzinə meydana daxil olub.

İspaniyalı yarımmüdafiəçinin qayıdışı onun rəqib müdafiə ilə yarımmüdafiə xətləri arasında oynamaq bacarığı baxımından xüsusi əhəmiyyət daşıyır. Olmo düzgün mövqe seçimi, topla sürətli dönmə, boş zonaları tapmaq və komanda yoldaşları üçün qol imkanları yaratmaq xüsusiyyətləri ilə seçilir. "Mançester Yunayted" və PSJ-nin sabiq yarımmüdafiəçisi Ander Errera da Olmonu xətlər arasında oynamaq baxımından dünyanın ən yaxşı futbolçusu adlandırıb.

Olmo oktyabrın 20-də Çempionlar Liqasında PSJ ilə görüşdə (2:4) sol budunun yaxınlaşdırıcı əzələsindən zədələnmişdi. Həmin vaxtadək cari mövsümdə 12 rəsmi matçda iştirak edən futbolçu 1 qol vurub, 4 məhsuldar ötürmə verib. Zədə onun təxminən bir ay yaşıl meydanlardan kənarda qalmasına səbəb olub.

Bununla belə, "Barselona"nın heyətində itkilər davam edir. Hansi Flik əzələ zədəsi olan müdafiəçi Andreas Kristensenin "Sabah"la oyun da daxil olmaqla, qarşıdakı iki matçı buraxacağını təsdiqləyib.

İspaniya mətbuatının son məlumatlarına görə, yarımmüdafiəçi Rodri Ernandes və müdafiəçi Xavi Espart da Bakıda keçiriləcək qarşılaşmayadək hazır olmayacaqlar. Runi Bardjinin müalicəsi isə davam edir. Eyni zamanda Jül Kunde və Frenki de Yonq məşqlərə və oyunlara qayıdıblar. Kiçik sağlamlıq problemləri yaşayan Pau Kubarsinin də komanda ilə birlikdə Azərbaycana gələcəyi gözlənilir.

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq. Kataloniya təmsilçisi 9 xalla Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində 5-ci, "Sabah" isə 3 xalla 31-ci pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:31

Lamin Yamal “Barselona” ilə Bakıya gəlməyəcək

Futbol
Bu gün, 13:30

Lamin Yamal Azərbaycana gəlməyəcək

Futbol
Bu gün, 13:26

Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb;

Futbol
Bu gün, 13:24

“Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı

Futbol
Bu gün, 13:20

"Uotford" rumıniyalı mütəxəssislə anlaşmaq üzrədir

Futbol
Bu gün, 13:20

II Liqa 12-ci tur: "Şəmkir" "Ağdaş"la, "Difai" isə "Marafon"la qarşılaşacaq

Futbol
Bu gün, 13:10

“Sabah” - "Barselona" matçını o idarə edəcək

Qarabağ FK
Bu gün, 13:09

“Qarabağ”ın müdafiəçisi çətin matç, qol çətinlikləri və Sumqayıt qarşılaşması barədə danışdı

Futbol
Bu gün, 13:08

«Mançester Yunayted»i bu şəkildə tənqid etdi

Futbol
Bu gün, 13:03

“Qalatasaray”ın futbolçusu şir axtarışında

Futbol
Bu gün, 13:01

Bakıda UEFA Çempionlar Liqası matçı üçün hakimlər təyin edilib;

Futbol
Bu gün, 13:00

Elvin Bədəlov: Qələbə önəmlidir, şəxsi performans deyil

Cüdo
Bu gün, 12:54

Həbsdən azad olunan Umar Nurməhəmmədovdan ilk paylaşım - VİDEO

Futbol
Bu gün, 12:45

Mərakeş UEFA-ya üzv olmağı planlaşdırır

Futbol
Bu gün, 12:44

Şahdağ Qusar baş məşqçisi Füzəli Məmmədov: "Heç bir təklif məni maraqlandırmaz, mən Şahdağdayam"

Qarabağ FK
Bu gün, 12:35

“Kəpəz” - “Qarabağ” matçında böyük coşqu - FOTOLAR

Futbol
Bu gün, 12:30

UEFA Çempionlar Liqası: ‘Sabah’–‘Barselona’ qarşılaşmasında maraqlı statistikalar açıqlanıb

Qarabağ FK
Bu gün, 12:25

Qurban Qurbanov Gəncədə ikiqat yubileyini qeyd etdi

Futbol
Bu gün, 12:21

“Döyüş klubu” filminin ulduzu Arda Gülərə heyranlığını açıqladı - FOTO

Futbol
Bu gün, 12:20

Muzeyin qarşısında Ronaldonun nəhəng heykəli qoyuldu - VİDEO

Futbol
Bu gün, 12:15

“Barselona” Nunu Mendeşlə maraqlanır

Qarabağ FK
Bu gün, 12:15

“Qarabağ” yeni islahata hazırlaşır: Gedənlər arasında sürpriz adlar olacaq

Cüdo
Bu gün, 12:04

İlham Zəkiyev: "Misir Qran-prisində əsas məqsədim reytinq xallarını artırmaq idi"

Oxşar xəbərlər