UEFA Çempionlar Liqasının "Sabah" – “Barselona” oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Sportify.az xəbər verir ki, Liqa mərhələsinin V turunun matçı Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.
Qarşılaşmanın baş hakimi FIFA referisi Nikolas Vuolş olacaq. Ona Fransis Konnor, Daniel Makfarlan kömək edəcək. Dördüncü hakim funksiyasını Donald Robertson daşıyacaq.
VAR hakimi Endryu Dallas olacaq. Ona Stiven Maklin kömək edəcək.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – “Barselona” oyunu noyabrın 25-də, saat 21:45-də start götürəcək.