«Mançester Yunayted»in sabiq kapitanı Roy Kin, komandanın azarkeşlərinin „Liverpul“la oyundan sonra futbolçuları alqışlamasına etiraz edib.
QOL.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 11-ci turunda «Mançester Yunayted» səfərdə „Liverpul“a 0:4 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra „qırmızı şeytanlar“ın azarkeşləri komandanın futbolçularını alqışlayıblar. Bu isə Kinin narazılığına səbəb olub.
«Komandalar əvvəllər 10 nəfərlə oynayaraq nəticə əldə etməyiblərmi? Bu, tamamilə mümkündür. Siz demək istəyirsiniz ki, «Mançester Yunayted» daha yaxşı oynaya bilməzdi? Hamı isə nəticənin o qədər də pis olmadığını deyir. Heç olmasa, bir az mübarizə aparın, müəyyən səviyyədə ustalıq nümayiş etdirin. Eşitdiklərimə inana bilmirəm.»
Azarkeşlər futbolçuları alqışlayırlar. Nəyə görə? Bu qədər bərbad oyuna görə? Futbolçular meydanda verdikləri qərarlara görə nə vaxt məsuliyyət daşımağa başlayacaqlar? „Liverpul“ 8-9 qol vurmalı idi. Açığı, söyüş söymək istəyirəm. 0:4 hesablı məğlubiyyəti necə belə dəhşətli olmayan nəticə kimi qiymətləndirmək olar? – deyə Kin „Sky Sports“a açıqlamasında bildirib.