Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi MLS-də yeni rekorda imza atıb.
"Report" yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu MLS karyerası ərzində 5-ci dəfə ayın ən yaxşı futbolçusu seçilib.
Bu da çempionatda yeni rekord kimi qeydə alınıb. Messi iki il ərzində 5 mükafat qazanıb ki, bunun üçünü cari mövsümdə əldə edib.
Hücumçu həmçinin İKarlos Vela (2019) və Kris Vondolovskidən (2012) sonra MLS tarixində bir mövsümdə üç dəfə "Ayın oyunçusu" mükafatını qazanan üçüncü oyunçu olub.
Qeyd edək ki, argentinalı futbolçu oktyabrda meydana çıxdığı 3 oyunda 5 qola, eyni sayda məhsuldar ötürməyə imza atıb.