Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatında daha bir tarixi mərhələyə imza atıb.
İdman.Biz-in məlumatına görə, Argentinanın kapitanı DÇ-2026-nın yarımfinalında İngiltərəyə qarşı oyunda start heyətində yer alaraq turnirin tarixində ən yaşlı meydan oyunçusu olub.
Bu zaman Messinin yaşı 39 il 21 gün olub.
Matç 2:1 hesabı ilə Argentinanın xeyrinə qurtarıb.
Əvvəlki rekord əfsanəvi Fritz Valter (Almaniya) və Qunnar Qrenə (İsveç) məxsus idi. Onlar yaşları 37 il 236 gün olarkən dünya çempionatının yarımfinalında oynamışdılar.