Türkiyənin "Trabzonspor" futbol komandasının yeni transferi Məhəmməd Salah bordo-mavili formada ilk dəfə azarkeşlərə müraciət edib.
İdman.Biz xəbər verir ki, Misir millisinin hücumçusunun videosu klubun sosial şəbəkə hesabında yayımlanıb.
Salah müraciətində bunları deyib:
"Trabzon, hazırsanmı? Sizi eşidirəm. Çox yaxında görüşəcəyik. Bizə hər yer Trabzondur".
Salah 2025/2026 mövsümünün sonunda "Liverpul"dan ayrılıb.
Qeyd edək ki, Salah "Liverpul"un heyətində keçirdiyi 442 oyunda 257 qol vurub. O, komandası ilə iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.