"Real"ın futbolçusu Kilian Mbappe İspaniya La Liqasında "Barselona"ya qalib gəldikləri oyundan sonra fikirlərini bildirib. Sport24.az xəbər verir ki, 2:1 hesabıyla bitən matçda dubl edən fransalı hücumçu bunları deyib:
"Oyunun ulduzu mənəm? Xeyr, bütün komandadır. Heç nəyi tək bacarmırıq. Futbol komanda oyunudur və bu qələbəni hamımız qazandıq. Sadəcə üç xal əldə etmişik, qarşıdakı oyunlara baxmalıyıq.
"Real"da istedad yoxdur deyən hamı yalançıdır. Mövsüm hələ yeni başlayır".