"Marsel" "Vest Hem Yunayted"in müdafiəçisi Jan-Kler Todibonu transfer etmək üçün səylərini artırıb.
İdman.Biz bu barədə Footmercato-ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Fransa klubu oyunçu ilə şifahi razılığa gəlib və "Marsel" indi "Vest Hem"lə danışıqlar aparacaq.
Todibo ötən mövsüm bütün turnirlərdə 25 oyunda meydana çıxıb. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 22 milyon avrodur. Onun karyerasında həmçinin "Tuluza", "Barselona", "Şalke 04", "Benfika" və "Nitsa" kimi klublardakı çıxışları da var.
"Marsel" ötən mövsüm Liqa 1-də beşinci yeri tutub.