top
Marotta Prezident seçkiləri haqqında yanlış məlumatlara cavab verir Idman.biz
01 noyabr 2026, 09:08
- ↺ +

Marotta Prezident seçkiləri haqqında yanlış məlumatlara cavab verir

İtaliya Futbol Federasiyasının (FIGC) prezidentliyi uğrunda mübarizə ölkə futbolunda fikir ayrılıqlarını dərinləşdirib. Mübahisələrin mərkəzində "İnter"in prezidenti Cüzeppe Marotta da yer alıb.

İdman.Biz xəbər verir ki, federasiya rəhbərliyi uğrunda Covanni Malaqo və Adriano Qalliani arasında rəqabət yaranıb. İtaliya mətbuatında Marottanın əvvəlcə Malaqonu dəstəklədiyi, sonradan isə Qallianinin tərəfinə keçdiyi barədə məlumatlar yayılıb.

Malaqo iyunda federasiya prezidenti seçilsə də, qeydiyyat tələbi ilə bağlı problem səbəbindən vəzifəsini itirib. Hazırda o, federasiyanın fövqəladə komissarı kimi fəaliyyət göstərir. Qallianinin namizədliyi isə futbolçular və məşqçilər assosiasiyaları tərəfindən irəli sürülüb.

Oktyabrın 31-də A Seriyasının 11 klubu Covanni Malaqonun İtaliya Futbol Federasiyasının prezidentliyinə namizədliyini dəstəkləyib. Bununla da Malaqo seçkilərdə iştirak etmək üçün tələb olunan ilkin dəstəyi toplayıb.

"Corriere dello Sport"un direktoru İvan Dzadzaroni də Marottanı mövqeyini dəyişməkdə və klublar arasında parçalanmaya səbəb olmaqda ittiham edib.

"İnter"in prezidenti "Sky Sport"a açıqlamasında bu müzakirələrə münasibət bildirib:

"Bəzi yanlış məlumatlar yazılıb və tezliklə onlara aydınlıq gətiriləcək. Hamımız İtaliya futbolunun yaxşılığını istəyirik. Tərəflər arasında fikir ayrılıqları olsa da, məqsədimiz futbolumuzun əvvəlki nüfuzunu bərpa etmək, Avropa və dünya yarışlarında rəqabət qabiliyyətini artırmaqdır. Bu barədə daha sonra danışacağıq".

Marotta konkret hansı məlumatları yanlış hesab etdiyini açıqlamayıb. O, Qallianinin namizədliyini dəstəklədiyini də birbaşa təsdiqləməyib.

Federasiya prezidentliyinə namizədlərin irəli sürülməsi üçün son tarix noyabrın 4-ü, seçkilər isə dekabrın 14-nə təyin olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 17:20

Mahir oynadı, komandası qalib gəldi

Futbol
Bu gün, 17:20

"Oyunçularımın bu məsələni müzakirə etdiyini görməmişəm"

Futbol
Bu gün, 17:17

“Məyus edən hal o oldu ki…” – Vernidub

Futbol
Bu gün, 17:09

Renat Dadaşovun liderliyində Bukovina 3:1-ə Veresə qarşı qalib gəldi

Qarabağ FK
Bu gün, 17:07

“Qarabağ Lökbatan” və “Kür-Araz”dan səfər qələbəsi

Futbol
Bu gün, 16:56

Vernidub: Qolları buraxmamalıyıq

Futbol
Bu gün, 16:49

Azərbaycan 2-ci liqası 12-ci turunun hakim təyinatları elan edildi

Futbol
Bu gün, 16:37

Nəriman Axundzadənin ehtiyatda qaldığı oyunda “Erzurumspor” məğlub oldu

Qarabağ FK
Bu gün, 16:30

Gəncədə anşlaq, “Qarabağ” üçün təhlükə - Vəziyyət daha da pisləşə bilər

Futbol
Bu gün, 16:24

Neftçi Araz‑Naxçıvanı məğlub edərək turnir cədvəlində lider oldu

Futbol
Bu gün, 16:22

PSJ-yə ağır zərbə: Dezire Due mövsümü erkən başa vurdu

Futbol
Bu gün, 16:05

Son çempion Sumqayıtda niyə laqeyd münasibət gördü? - VİDEO

Qarabağ FK
Bu gün, 15:50

“Kəpəz” – “Qarabağ”: START HEYƏTLƏR

Futbol
Bu gün, 15:48

Ronaldonun dünyada ən böyük heykəli ucaldıldı - Video

Futbol
Bu gün, 15:48

Çalhanoğlu uğrunda üç nəhəng klubun mübarizəsi, “İnter”də maaş problemi

Futbol
Bu gün, 15:40

"Araz-Naxçıvan" - "Neftçi" - CANLI YAYIM

Futbol
Bu gün, 15:40

Şahin Şahniyarov: Şəfaya qarşı 6 xallıq qələbə qazandığımızı deyə bilərəm, milli komandada daimi yer qazanmaq istəyirəm

Futbol
Bu gün, 15:30

PSJ "Bornmut"un hücumçusunu 95 milyon avroya ala bilər

Futbol
Bu gün, 15:28

Maktominey 2027-ci ildə Mançester Yunaytedə qayıda bilər

Digər
Bu gün, 15:15

17 yaşlı parataekvondoçumuzdan dünya çempionatında ilk qələbə

Futbol
Bu gün, 15:14

Dezire Due çarpaz bağları qoparaq PSJ-də ciddi itki yaşadı

Futbol
Bu gün, 15:07

Musiala Barcelona’ya keçə bilər? 25 milyonluq maaş müzakirəsi

Futbol
Bu gün, 15:00

Əli Qədimov: “Məqsədimiz ilk 6-lıqda yer almaqdır”

Futbol
Bu gün, 14:56

Poçettinodan köməkçilərinə ingilis dili tələbi

Oxşar xəbərlər