top
Marko Yankoviçin şok iddiaları: Hakim mənə söyüş söydü, soyunma otağına çağırdı Idman.biz
25 aprel 2026, 01:44
- ↺ +

Marko Yankoviçin şok iddiaları: Hakim mənə söyüş söydü, soyunma otağına çağırdı

"Qarabağ" futbol komandasının yarımmüdafiəçisi Marko Yankoviç sosial şəbəkə hesabında onun hakimi vurmaq istəməsi ilə bağlı yayımlanmış görüntü barədə açıqlama yayıb. Təcrübəli futbolçu son matçda aldığı qırmızı vərəqə və meydanda baş verən gərginliklə bağlı yazıb.

İdman.Biz xəbər verir ki, Yankoviç ədalət təmsilçisinin ona qarşı qeyri-etik ifadələr işlətdiyini və peşəkarlıqdan uzaq davrandığını iddia edib.

O, jurnalistlərə müraciət edərək hadisənin görünməyən tərəflərini işıqlandırıb:

"Əgər mən onu vurmaq istəsəydim, bunun üçün kifayət qədər imkanım var idi. Özünüzə sual vermisinizmi ki, hakim mənə nə dedi və ya nə etdi ki, belə reaksiya verdim? Məsələ penalti deyil. Meydanda ondan VAR-a baxmağı xahiş edəndə mənə qırmızı vərəqə göstərdi və ağır söyüş söydü. Bunu təkcə mənə yox, bir neçə dəfə digər oyunçulara da etdi".

Yankoviç həmçinin qeyd edib ki, hakim onu oyundan sonra paltardəyişmə otağına dəvət edərək təxribata çəkib:

"Meydanda ən təmkinli şəxs olmalı olan hakim məni öz otağına dəvət edir?! Niyə? Mənimlə dalaşmaq üçün? Bu, absurd, qeyri-peşəkar və peşəsinə qarşı hörmətsizlikdir. Mən onun qərarı ilə razılaşmaya bilərəm, amma ona heç kim elə ağır söyüş söyməyib".

Yankoviç xatırladıb ki, bu, onun "Qarabağ"da keçirdiyi dörd il ərzində aldığı ilk, bütün karyerası boyu isə cəmi ikinci qırmızı vərəqədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Dünən, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Dünən, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Olimpiada
Dünən, 21:43

Badmintonçu Ülvi Hüseynov: Heç Vaxt Heçnə İmkansız Değildir - Video

Boks
Dünən, 21:34

Azərbaycan kikboksçuları Avropa çempionatı üçün Şimali Makedoniyaya yola düşdü

Futbol
Dünən, 21:27

Cennaro Qattuzo oktyabr ayının İtaliya Seriyası ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:26

Manchester Unitedda Carlos Balebanın ciddi zədəsi

Oxşar xəbərlər