top
Marko Yankoviç: “Azarkeşlərimiz daha güclü Qarabağ görəcək – çempionluq hədəfimizdir” Idman.biz
01 sentyabr 2026, 14:48
- ↺ +

Marko Yankoviç: “Azarkeşlərimiz daha güclü Qarabağ görəcək – çempionluq hədəfimizdir”

"Biz də çalışacağıq çempion olaq. "Sabah"ı da təbrik edirəm".

Bunu "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Premyer Liqasının üçüncü turunda "Sumqayıt"ı çətinliklə məğlub etdiniz. 1:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Həqiqətən də çətin oyun alındı. Çünki təxminən 70 dəqiqə azlıqda oynadıq. Buna baxmayaraq, xarakter nümayiş etdirdik. İlk hissənin sonunda hesabı açdıq. Fasilədən sonra da qol şanslarımız var idi. İkinci qolu vursaydıq, oyunun sonları daha rahat keçərdi. İstənilən halda nəticədən razı qalmalıyıq. Çünki qələbə qazandıq. Bu, bizim üçün vacib idi. İndi davamını gətirməliyik.

- Yeni oyunçuların çoxluğu komandanın işini nə dərəcədə çətinləşdirir?

- Bu normaldır. Çünki heyətdə xeyli oyunçu var. Heyətimiz böyük ölçüdə dəyişib. Biz də yeni gələnlərə kömək etməyə çalışırıq. Əlimizdən gələni edirik ki, onların adaptasiyası sürətli getsin.

- Hazırkı "Qarabağ"ın potensialı nəyə qadirdir?

- Komandamızın potensialı çox yüksəkdir. İnanıram ki, azarkeşlər daha güclü "Qarabağ" görəcəklər.

- Bəs bu komanda çempionluğu geri qaytara biləcək gücdədir?

- Əlbəttə. Təbii ki, çempionatda gərgin mübarizə olacaq. Hər bir komanda güclənib. Lakin bizim hədəfimiz də çempionluqdur. Motivasiyamız yüksəkdir.

- Ötən mövsüm bəziləri "Sabah"ın çempion olmasını "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışı ilə əlaqələndirdilər. Demək olar ki, indi də eyni fürsət sizin üçün yaranıb?

- Biz də çalışacağıq çempion olaq. "Sabah"ı da təbrik edirəm. İki cəbhədə mübarizə aparmaq, üç gündən bir meydana çıxmaq heç də asan deyil. Yaxşı komandadırlar. Biz də uzun illər belə oynamışıq. İndi isə fikrimizi yalnız çempionata yönəltmişik.

- Növbəti turda "Araz-Naxçıvan"la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Açığı, hazırkı "Araz-Naxçıvan" haqda geniş məlumatım yoxdur. Bilirəm ki, heyətlərində ciddi dəyişiklik olub. Buna baxmayaraq, bizim məqsədimiz hər matçda qələbə qazanmaqdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Dünən, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Dünən, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Dünən, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Dünən, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Dünən, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Dünən, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Dünən, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Dünən, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Oxşar xəbərlər