"Mançester Yunayted" 2025/26 mövsümündə Premyer Liqada qol vəziyyətlərinə görə liderlik edir.
İdman.Biz " WhoScored" portalının statistikasına istinadən bildirir ki, komanda 207 qol vəziyyəti yaradaraq liqa klubları arasında birinci yeri tutur.
"Liverpul" 204 qol məqamı ilə ikinci yerdədir. "Mançester Siti" 186 qol vəziyyəti ilə üçüncü, "Çelsi" (181) dördüncü, "Arsenal" (171) beşinci yerdə gəlir.
17 oyundan sonra "Mançester Yunayted" 26 xalla Premyer Liqa cədvəlində yeddinci yerdədir. "Liverpul" 29 xalla beşinci, "Mançester Siti" 37 xalla ikinci yerdədir və lider "Arsenal"dan cəmi iki xal geri qalır. "Çelsi" "Liverpul"la eyni xalla dördüncü yerdədir, lakin əlavə göstəricilərdə ondan geri qalır.