"Mançester Siti" "Çelsi"nin müdafiəçisi Malo Qustonu "rənglərinə bağlamaq" istəyir. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şkira sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, "şəhərlilər" 23 yaşlı fransız futbolçu üçün ilk təkliflərini hazırlayır. Komandanın yeni baş məşqçisi Enzo Mareska şəxsən özü oyunçu ilə müqavilə imzalamaqda maraqlıdır.
"Çelsi" müdafiəçinin satışında maraqlıdır. London klubu Qusto üçün qarşı tərəfdən 50 milyon avro istəyir.