PSJ ilə müqaviləsi başa çatan Hermann Malonqa karyerasını İngiltərədə davam etdirəcək. Sport24.az xəbər verir ki, "Mançester Siti" fransalı müdafiəçinin keçidini həll edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
18 yaşlı futbolçu Premyer Liqa klubunun şərtlərini qəbul edib. Gənc mərkəz müdafiəçisi "Mançester Siti"yə azad agent statusu ilə keçəcək.
Qeyd edək ki, Hermann Malonqa 2021-ci ilin yayında PSJ-nin akademiyasına qolulub. O, Paris təmsilçisinin U-19 komandasında çıxış edirdi.