top
Mahir Emreli: Litva üzərində 1-0 qalibiyyət qrupun ən vacib qələbəsi ola bilər Idman.biz
04 oktyabr 2026, 19:45
- ↺ +

Mahir Emreli: Litva üzərində 1-0 qalibiyyət qrupun ən vacib qələbəsi ola bilər

Azərbaycan futbol millisinin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının D2 qrupunda Litva ilə qarşılaşmada qazanılan 1:0 hesablı qələbəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, hücumçu matçın gözlənildiyi kimi ağır keçdiyini bildirib.

"Çox ağır, yüksək tonuslu oyun keçdi. Belə olacağını əvvəldən bilirdik. Bu üç gündə həm komanda olaraq, həm də futbolçular fərdi şəkildə özlərini oyuna çox yaxşı kökləmişdilər. Xüsusilə birəbir mübarizələrdə hiss olunurdu ki, komanda həqiqətən bir-biri üçün mübarizə aparır. Belə oyunlarda birəbir mübarizələrin çoxunu qazanırsansa, əksər hallarda bunun nəticəsini də görürsən", - deyə hücumçu söyləyib.

Emreli komandanın daha çox qol vurmaq imkanının olduğunu da qeyd edib:

"Bir qol vurduq, amma düşünürəm ki, bu gün daha çox qol vura bilərdik. Təbii ki, bunun üzərində işləməliyik. Bəzi futbolçular klublarında az oynayırlar. Mən də yay təlim-məşq toplanışında bunu hiss edirdim. Epizodlara girəndə bəzən fürsətləri qaçırırsan. Amma oynadıqca və həmin epizodlara daha çox düşdükcə bu, artıq vərdiş halına gəlir".

Hücumçu Lixtenşteynlə əvvəlki qarşılaşmanın nəticəsindən sonra Litva üzərində qələbənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"Sevincliyik, önəmli qələbə idi. Xüsusilə Lixtenşteynlə oyundakı nəticədən sonra bu qələbə çox vacib idi. Həm mental baxımdan komandaya müsbət təsir etdi, həm də bir mesaj verdi. Pis nəticədən dərhal sonra toparlanıb yenidən mübarizəyə qoşulmaq sevindirici haldır".

Emrelinin sözlərinə görə, Litva ilə matç qrupdakı ən vacib qarşılaşmalardan biri olub:

"Məntiqlə düşünəndə başa düşürsən ki, Lixtenşteynə qalib gəlsəydik belə, bu oyunda da qələbə qazanmalı idik. Çünki bu qarşılaşmada qələbə olmasaydı, əvvəlki oyunlardakı nəticələrin də bir mənası qalmazdı. Bu, çox önəmli qələbə idi. Bəlkə də qrupun ən önəmli qələbəsi idi".

O, qarşıda daha bir oyunun qaldığını xatırladaraq emosiyaları nəzarətdə saxlamağın vacibliyini bildirib:

"Ən önəmlisi belə hallarda nə həddindən artıq sevinmək, nə də Lixtenşteynlə oyundan sonra olduğu kimi çox üzülməkdir. Sakit qalmaq lazımdır. Sakit qaldığın təqdirdə ümid edirəm ki, nəticə hər dəfə gələcək".

Millinin digər üzvləri Rəhman Daşdəmirov və Rüfət Abbasov da Litva ilə qarşılaşmada əldə olunan qələbədən danışıblar.

"Vacib üç xal qazandıq. Ümumiyyətlə, xalqımızı, millətimizi, komanda yoldaşlarımı - hamını qələbə münasibətilə təbrik edirəm. Meydanda hər kəs çox əziyyət çəkdi, qələbə uğrunda sonadək mübarizə apardı. Ən vacibi də bu idi. Çünki Litva ilə əvvəlki oyunda xal itirmişdik. Bundan sonra belə bir qələbə qazanmaq çox qürurvericidir. Sevinirəm.

Psixoloji baxımdan çətin idi. Çünki hamı bizdən qələbə gözləyirdi. Çalışırdıq və şükürlər olsun ki, qələbə qazanaraq xalqımızı sevindirdik", - deyə Rəhman Daşdəmirov bildirib.

Rüfət Abbasov isə Litva üzərində qələbənin komandaya böyük motivasiya verdiyini bildirib:

"Bu qələbə bizə artıqlaması ilə təsir etdi. Çünki çox vacib idi. İnşallah, qrupda lider olub çempionata vəsiqə qazanacağıq. Qələbə növbəti qarşılaşmalar üçün əlavə ruh yüksəkliyi yaratdı. Gördüyünüz kimi, hamı çox həvəsli idi. Son oyundan sonra üzərimizdə bir qədər təzyiq var idi. Lakin buna fikir vermədik. Hamı göstərdi ki, Azərbaycanda futbol var. İnşallah, bunun ardı da gələcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsində elita klubları iştirak edir

Güləş
Bu gün, 09:00

Azərbaycan qadın güləşçiləri Astana Dünya Çempionatına qatılır

Futbol
Bu gün, 08:20

2026-cı ilin dünyanın ən yaxşı klubunun adı Paris Saint-Germain olaraq bəlli oldu

Futbol
Bu gün, 08:02

Barselona prezidenti Lamin Yamalın “Qızıl top” mükafatına layiq olduğunu bildirib

Futbol
Bu gün, 08:00

Harry Kane Ballon d'Or u qazanaraq beşinci ingilis oldu

Futbol
Bu gün, 07:06

Liverpulun uruqvaylı müdafiəçisi Ronald Arauxo Premyer Liqada yeni sürət rekordunu qırdı – Mbappe ilə eyni göstərici

Futbol
Bu gün, 06:01

Milanın baş məşqçisi Ruben Amorim, Manchester United kapitanı Bruno Fernandeşi cəlb etmək istəyir

Futbol
Bu gün, 05:11

PSJ-nin ardıcıl ikinci il Qızıl Top mükafatını qazanması böyük qürurdur

Futbol
Bu gün, 04:47

Harri Keyn 30 ildən sonra Bundesliqanın ilk Qızıl Top mükafatını qazandı

Futbol
Bu gün, 04:13

Lamin Yamalın əmisi Ballon d'Or səsverməsini tənqid etdi: “Keynin oynamağa üç günü qalıb”

Futbol
Bu gün, 03:34

Harry Kane “Qızıl top”un qalibi bəlli oldu

Futbol
Bu gün, 03:12

Keyn 25 ildən sonra “Qızıl top”u qazandı, London yubiley mərasimində İspaniya və Barselona qalib gəldi

Futbol
Bu gün, 02:06

“Sevilya” Osasuna’yı 2-0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 01:44

İspaniya milli komandası baş məşqçisi Luis de la Fuente 'İlin məşqçisi' mükafatını qazanıb

Futbol
Bu gün, 01:30

PSJ, ‘Lion’u 2:0 məğlub edərək Liqa 1 liderliyini ələ alıb

Futbol
Bu gün, 01:25

Britaniyalı yuxu məşqçisinin Cristiano Ronaldonun qeyri‑adi vərdişləri barədə açıqlamaları

Futbol
Bu gün, 01:20

Lamin Yamal, Üçüncü Dəfə Yılın Ən Yaxşı Gənc Futbolçusunu Qazanır

Oxşar xəbərlər